Müsavat Partiyası Divanının növbəti
toplantısı keçirilib
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Enerji
daşıyıcılarının və kommunal xərcəlrin kəskin şəkildə artırılması ilə bağlı
ölkədə yaranmış vəziyyət, Tarif Şurasının qərarının ləğv edilməsi tələbiylə
Müsavat Partiyasının yanvarın 28-nə təyin etdiyi mitinqə hazırlıq məsələləri
müzakirə edilib. Eyni zamanda 20 yanvar günündə "Şəhidlər Xiyabanının" ziyarət
edilməsi məsələsinə də baxılıb. Qeyd olunub ki, həmin gün saat 12-də ziyarət M.
Əzizbəyovun heykəlinin qarşısından başlayacaq.
Müzakirə olunan məsələlərdən biri də M.Ə. Rəsulzadə mükafatının əsasnaməsi olub.
Divan müzakirəyə təqdim olunmuş layihəni əlavə dəyişikliklərdən sonra son
variantda təsdiq edib.
Divan www.susmayaq.biz internet saytının yaradıcısı
Bəxtiyar Hacıyevin həbs olunmasına da münasibət bildirib. Qəbul olunmuş sənəddə
Bəxtiyar Hacıyevin azad olunması tələb edilir.
Yığıncağın sonunda Divan bir sıra cari məsələləri müzakirə edib.
Müsavat Partiyasının mətbuat xidməti, 15 yanvar 2006-cı il