İsa Qəmbər ABŞ diplomatı ilə görüşüb
Dünən Müsavat Başqanı İsa Qəmbər ABŞ-ın Azərbaycandakı səfirinin müavini Cuann
Polaşiklə görüşüb. Diplomatın təşəbbüsü ilə partiya qərargahında baş tutan
görüşdə bir sıra məsələlər müzakirə olunub. Müsavat başqanı İsa Qəmbər "Yeni
Müsavat"a açıqlamasında bildirib ki, diplomatla ABŞ-Azərbaycan münasibətləri,
ölkədəki ictimai-siyasi durumla bağlı fikir mübadiləsi aparıblar.
Yeni Müsavat Qəzeti, 15 dekabr 2006-cı il, Günay