İsa Qəmbər İsveçin "Palme" Beynalxalq Mərkəzinin proqram direktoru Cohanna Linderlə görüşüb

Bu
gün Müsavat Partiyasının başqanı İsa Qəmbər İsveçin "Palme" Beynalxalq Mərkəzinin proqram direktoru Cohanna Linderlə görüşüb. GörüşdəAzərbaycan-Avropa, Azərbaycan-İsveç əlaqələri və inkişaf perspektivləri müzakirə edilib. Bundan əlavə  Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiya, insan hüquqları, mətbuat azadlığı sahəsində yaranmış problemlər ətrafında da fikir mübadiləsi aparılıb.

Müsavat Partiyasının mətbuat xidməti, 15 dekabr 2006-cı il