Bu günlərdə NATO-nun YATA(Youth Atlantic
Treaty Association) təşkilatının seminarı olub
Bu günlərdə NATO-nun Brusseldə yerləsən bas mənzil qərargahında YATA(Youth
Atlantic Treaty Association) təşkilatının seminarı olub. Həmin seminarda
sözügedən təskilatın Azərbaycandan olan üzvüləri, həmcinin Müsavat Gənclər
Təşkilatının sədr müavini Zaur Əkbər də istrak edib. Seminarla Zaur Əkbər
Müsavat Partiyasının mətbuat xidmətinin əməkdası ilə söhbətində bildirib ki,
seminarda əsasən Qara Dəniz və Cənubi Qafqaz regionunda Avropa irsi, adıcəkilən
regionlarda demokratiyanın və bazar iqtisadiyyatının problemləri, NATO-nun bu
regionlara doğru genislənməsi məsələləri müzakirə olunub. Bundan əlavə tədbirdə
Qarabağ munaqişəsinin həlli yolları barədə də fakir mübadiləsi aparılıb.Bu
barədə çıxış edən Zaur Əkbər NATO-nun Qarabağ münaqişəsində birmənalı movqe
sərgiləməməsini təəssuflə qeyd edib. Tədbir iştirakçıları Marşall fondunun həmin
vaxt Brüsseldə keçirilən seminarında da qonaq kimi iştirak ediblər.
Müsavat Partiyasinin mətbuat xidməti, 20 dekabr 2006-cı il