Bu gün Müsavat Partiyası Divanının növbədənkənar toplantısı olub

Toplantıda parlamentə mayın 13-də keçiriləcək təkrar seçkilərlə bağlı partiyanın 6 dairə üzrə vahid namizədlərinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. 9 saylı Binəqədi seçki dairəsindən Ehtiram Əliyev, 44 saylı Avşeron –Sumqayıt seçki dairəsindən Nəsiman Yaqublu, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Məlahət Mürşüdlü partiyanın vahid namizədləri elan olunublar. 42 saylı Sumqayıt, 69 saylı Masallı-Cəlilabad-Biləsuvar və 119 saylı Ağdam kənd seçki dairələri sərbəst buraxılıb.

Xatırladaq ki, bundan əvvəl partiyanın 4 dairə üzrə vahid namizədləri müəyyənləşərək ictimaiyyətə təqdim olunub. Onlar 31 saylı Suraxanı seçki dairəsindən Hökumə İbrahimova, 38 saylı Gəncə seçki dairəsindən Mürşüd Məmmədli, 103 saylı Gədəbəy seçki dairəsindən Sabir Məmmədli, 110 saylı Zaqatala seçki dairəsindən Arif Hacılıdır.

Müsavat Partiyasının mətbuat xidməti, 22 fevral 2006-cı il



THE MUSAVAT PARTY DIVAN HELD SPECIAL SESSION


February 22,2006 – The Musavat Party Divan (Council Chamber) held its regular session. The Divan members considered the nomination of single candidates to register in 6 constituencies for the May 13 rerun. The Divan decided that Ehtiram Aliyev (Binegedi Constituency 9), Nesiman Yaqublu (Absheron-Sumqayyt Constituency 44), and Melahet Murshudlu (Tovuz-Qazakh Constituency 106) run in a single nomination in the said precincts, while no candidates were nominated for the rest – Sumgayyt Constituency 42, Masally-Celilabad-Bilesuvar Constituency 69, and Agdam Village Constituency 119.

It is worth noting that four party members earlier had been selected for the rerun. They are:
1. Hokume Ibrahimova -Surahany Constituency 31
2. Murshud Memmedli - Gence Constituency 38
3. Sabir Memmedli - Gedebey Constituency 103
4. Arif Hacyly - Zaqatala Constituency 110