Bu gün Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib

Bu gün Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib. İclasda ötən dövr ərzində yeni seçilmiş rayon(şəhər) təşkilatı sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq olunub. Sonra Məclisin reqlamenti qəbul edilib, Məclisin komitə və komissiyalarının əsasnamələri təsdiq olunub. Gündəlikdə duran növbəti məsələ Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, 2006-cı ilin yekunları və 2007-ci ildə partiyanın fəaliyyət istiqamətləri barədə olub. Bu mövzu ətrafında Müsavat Partiyası Başqanı İsa Qəmbər geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında geniş müzakirələrdən sonra 2007-ci ildə partiyanın fəaliyyət istiqamətləri təsdiq olunması haqqında qərar qəbul olunub. Məclis Müsavat Partiyasının Avropa Liberal Demokratik və İslahat partiyasına üzvlük məsələsini müzakirə edib. Bu barədə müsbət qərar qəbul edilib və  sözügedən quruma müraciət olunması məqsədə uyğun sayılıb.

Axrda cari məsələlərə baxılıb.

Müsavat Partiyasının mətbuat xidməti, 23 dekabr 2006-cı il

1