Müsavat başqanı İsa Qəmbərin partiya
Məclisinin toplantısında məruzəsi
Müsavat başqanı İsa Qəmbərin partiya Məclisinin toplantısında ölkədə mövcud
ictimai-siyasi durum, 2006-cı ilin yekunları, 2007-ci ildə partiyanın əsas
fəaliyyət istiqamətləri barədə məruzəsi:
"hörmətli sədr, hörmətli Məclis üzvləri. Sizin hamınızı salamlayıram. İş elə
gətirdi ki, Məclisin toplantısı ilin sonlarına təsadüf etdi. Ona görə də ilin
yekunlarını müzakirə etmək, ölkədəki vəziyyətə diqqət yetirmək, Müsavatın bu
ildəki fəaliyyətinə diqqət ayırmaq və 2007-ci ildə partiyanın vəzifələrinə nəzər
salmaq imkanı yaranır. Bu yöndə bəzi mülahizələrimi sizə çatdırmaq istəyirəm.
Ənənəvi olaraq seçkilərdən sonrakı, xüsusən də parlament seçkilərindən sonrakı
il hər zaman Azərbaycanda çox ağır keçir. Bu ağır ili birlikdə yaşadıq, 2005-ci
ildə parlament seçkilərinin nəticələrinin kobud şəkildə saxtalaşdırılması, öz
hüquqları uğrunda mübarizə aparan insanların repressiyalarla, polis zorakılığı
ilə üzləşməsi yenə də cəmiyyətdə ciddi ümidsizlik, gələcəyə, demokratik
institutlara, demokratik dəyişikliklərin mümkünlüyünə, ümumiyyətlə, Əliyev
rejiminin dəyişməsinə inamsızlığı daha da gücləndirdi və 2006-cı il bu
təəssüratla keçdi.
İl ərzində təbii ki, müsbət hadisələr də olub. Müsavat Partiyası öz tarixi
ənənəsinə sadiq qalaraq hər zaman ağa ağ, qaraya qara deməyə adət edib, rənglər
arasında müxtəlif çalarları da görməyi, diqqəti ona cəlb etməyi bacarıb. Təbii
ki, arxada qalmaqda olan ildə müsbət hadisələr də olub. Bu ildə uzun illərdən
bəri haqqında danışılan Bakı-Tiflis-Ceyhan neft boru kəməri işə düşüb,
Azərbaycana neft pulları daxil olmağa başlayıb, müəyyən dərəcədə işləyən
insanların maaşlarının, təqaüdçülərin təqaüdlərinin artırılması baş verib. Deyə
bilərik ki, Əliyev rejimi Qarabağla bağlı təslimçi saziş imzalamayıb. Bunu da
müsbət hadisə kimi qeyd etmək məcburiyyətindəyik. İl ərzində Azərbaycanla Avropa
Birliyi arasında qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq proqramı imzalanıb.
Bu ildə GUAM fəallaşıb və daha real ittifaq kimi fəaliyyət göstərməyə başlayıb.
Bu cür faktların sayını artırmağa çətinlik çəksək də, artıra bilərik. Yəni
müsbət hadisələr olub.
Bütövlükdə isə ölkənin qarşısında duran hər hansı ciddi məsələ həll olunmayıb,
ölkənin iqtisadi inkişafının və əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə bağlı
ciddi irəliləyiş əldə olunmayıb. İşğal olunmuş torpaqlarımızın azad edilməsi
istiqamətində heç bir real addım atılmayıb. Azərbaycanın çağdaş dünyada
prinsipial seçimini etməsi, yerini müəyyənləşdirməsi istiqamətində qərarlar
verilməyib. Bütün bunlar da bu ilin reallığıdır. Seçkiləri saxtalaşdıran Əliyev
rejimi 2006-cı ildə mövcud demokratik imkanları da məhdudlaşdırmaq xəttini
seçib, bütün istiqamətlərdə demokratik dəyərlərə qarşı hücumları davam
elətdirib. İl ərzində partiyaların fəaliyyətinə xeyli məhdudiyyətlər, problemlər
yaradılıb. Azad sözə, mətbuata qarşı basqılar hər zamankından da böyük miqyas
alıb. Mən faktlarla sizlərin vaxtını almaq istəmirəm, bütün bunlar hamınıza
gözəl bəllidir. Ölkədə siyasi məhbusların sayı yenidən artmağa başlayıb, sərbəst
toplaşmaq və digər fundamental azadlıqlar məhdudlaşdırılıb. Bu da 2006-cı ilin
acı gerçəkliyidir.
Qarabağ danışıqları, torpaqlarımımızın azad edilməsi istiqamətində də heç bir
irəliləyiş yoxdur. Əksinə, vəziyyət daha da ağırlaşıb. Çünki əvvəl şayiə
şəklində deyilən, informasiya kimi ortaya çıxan bir məqama - Dağlıq Qarabağda
referendum keçiriməsinə - hakimiyyət razılıq verib. Parlament seçkilərində total
saxtakarlığa dünyanın göz yumması naminə Azərbaycan hakimiyyəti bunu edib.
Əvvəllər hakimiyyət nümayəndələri bu mövzudan yayınmağa çalışır, bəzən
həyasızcasına bunu inkar edirdilər, axır vaxtlar isə bunu inkar etməyə gücləri
çatmadı, artıq etiraf etdilər ki, belə bir razılıq verilib. Əgər diqqətlə
oxusanız bu, xarici işlər nazirinin, dövlət başçısının açıqlamalarında da özünü
göstərir. Bu rejim 2005-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə
görüşlərdə Dağlıq Qarabağda referendum keçirilməsi prinsipinə ümumi razılığını
bildirib. Bu da təbii ki, yolverilməz bir hadisədir. Nə ilə pərdələsələr də bu,
Azərbaycan torpaqlarının itirilməsinə prinsipial razılıq vermək deməkdir. Çünki
hamıya aydındır ki, Dağlıq Qarabağda refrendum keçiriləcəksə, orda bu məsələyə
münasibət bildirən insanlar ya Dağlıq Qarabağın müstəqilliyinə, ya da
Ermənistanla birləşməsinə üstünlük verəcəklər. Dağlıq Qarabağın azərbaycanlı
icması öz topaqlarına qayıdandan sonra refrendumun keçirləcəyini demək gözdən
pərdə asmaq kimi bir şeydir. Çünki 1988-ci ilin rəsmi rəqəmlərinə görə Dağıq
Qarabağın 180 minlik əhalisindən yalnız 40 mini azərbaycanlılar olub. Bu
baxımdan keçiriləcək referedumun nəticəsi aydındır. Eyni zamanda refrendumun
keçirilməsinin Azərbaycan Konstitusiyasına da zidd olduğu göz qabağındadır.
Bütün bunlara baxmayaraq, hakimiyyətin referenduma razılıq verməsi heç bir
şəkildə izah oluna, qəbul edilə, bağışlana bilməz. Biz hakimiyyətin bu il
təslimçi sülhə razılıq verməməsini də müsbət hadisə kimi qeydə etməyə məcğbur
olduq. hakimiyyəğ ən azı reallıqda buna getməməli, səhvini aradan qaldırmaq
barədə düşünməlidir. Cəmiyyət, o cümlədən Müsavat bu məsələni daim diqqət
mərkəzində saxlamalı hər hansı təslimçi sazişin imzalanmasına imkan
verilməməlidir. Əslində biz bildirmişldik ki, mövcud qlobal reallıqlar Qarabağ
məsələsinin bu gün ədalətli və ədalətsiz həllinə imkan vermir. hələ ki, bu
proqnozlar özünü doğruldur, amma bu, heç bir arxayınçılıq yaratmamalıdır. Ona
görə ki, hər hansı situasiyada balans dəyişə və hakimiyyət güzəştə gedə bilər.
Məsələnin həll olunmaması da bizimçün məqbul variant deyil. Biz Qarabağ
probleminin həllini istəyirik və irəliləyişlərin olmasının tərəfdarıyıq.
Ölkədə iqtisadi göstəricilər haqda mif yaradıcılığı inkişaf edir, aldadıcı
rəqəmlərdən gen-bol istifadə olunur. Bəlkə də o rəqəmlərin bəziləri həqiqətə
uyğundur. Bir tərəfdən Azərbaycan neftinin dünya bazarına çıxması, digər
tərəfdən, neftin qiymətinin artması təbii ki, Azərbaycana xeyli neft
dollarlarının gəlməsini təmin edir. Bu da ümumi daxili məhsulun rəqəmlərinin
fantastik şəkildə artmasını təmin edir. hakimiyyət nümayəndələrinin son illər
Azərbaycanı dünyanını iqtisadiyyatı ən çox inkişaf etmiş ölkəsi kimi təqdim
etmələri bu rəqəmə əsaslanır. Amma onlar unudurlar, bəzən bizim iqtisadchilar ve
deputatlar onların yadına salır ki, əgər həmin göstəricini qabardırlarsa, həmin
göstəricilərə görə birinci yerdə Azərbaycan durursa, ikinci yerdə bərbad
vəziyyətə düşən İraq dayanır.
Ən önəmlisi odur ki, bu göstəricilər olsa da ölkədə nə real iqtisadi inkişafa,
nə də xalqın sosial-iqtisadi durumunun yaxşılışmasına heç bir imkan, şans
verilməyib. Mövcud hakimiyyətin hər hansı iqtisadi proqramının olmaması,
düşünülmüş iqtisadi idarəçiliyin olmaması, ölkəni bürüyən dəhşətli, müdhiş
korrupsiyanın mövcudluğuna görə, nə real iqtisadi inkişafdan, nə də xalqın həyat
səviyyəsinin yüksəlməsindən danışmaq mümkün deyil.
Eyni sözləri hakimiyyətin xarici siyasət kursu haqda da demək mümkündür.
Dəfələrlə qeyd olunmasına baxmayaraq, bu hakimiyyətin nə xarici siyasət
konsepsiyası, nə müdafiə doktirinası, nə də digər sahələrdə hər bir dövlətin
özünün atributu olan prinsipial sənədləri mövcud deyil. Azərbaycan
hakimiyyətinin xarici siyasəti təəssüf ki, ölkənin yox, hakimiyyətin maraqlarına
uyğun bir şəkildə epizoddan-epizoda, hadisədən-hadisəyə müəyyənləşdirilən bir
şəkildə davam edib. Dövr, Azərbaycanın prinsipial maraqları tələb etməsinə
baxmayaraq bu hakimiyyətin ucbatından ölkə çağdaş dünyada öz yerini
müəyyənləşdirə bilməyib. hakimiyyət saxta bir balans siyasətindən bəhs edir. Bu,
real balans siyasəti də deyil. Eyni zamanda balans siyasətinin müəyyən
formaları, hədləri, sərhədləri var. Bəlkə də əvvəlki illərdə reallıq buna imkan
verirdi. Amma indiki, 21-ci əsrin reallığı Azrbaycanın çağdaş dünyada öz yerini
prinsipial şəkildə müəyyənləşdirməsini tələb edir. Azərbaycanın maraqları da
ölkəmizin avroatlantik məkana inteqrasiyasını, Avropa Birliyi və NATO
istiqamətində real addımlar atmasını istəyir. Bu gün bunu azad dünya da istəiyr.
Çünki azad dünya öz sərhədlərini genişləndirmək, getdikcə daha çox ölkələrin,
ərazilərin azad dünyanın qayadalarına görə idarə olunmasının tərəfdarıdır. Açıq
şəkildə Azərbaycan hakimiyyətindən bu yöndə addımların gözləndiyinə işarələr
vurulur. Son zamanlar Gürcüstanın bu addımları atmasına baxmayaraq, Azərbaycan
hakimiyyəti bunu etmək istəmir, Rusiya və İranla müxtəlif manevrləri davam
etdirir. Biz qonşularla normal münasibətlərin əleyhinə deyilik, əksinə,
münasibətlərin inkişafının tərəfdarıyıq. Amma bütün bunlar Azərbaycanın əsas
seçiminə, NATO-ya, Avropa Birliyinə daxil olmasına problem yaratmamalıdır.
Azərbaycan hakimiyyəti hansı tərəfin təzyiqləri çoxdursa, o yöndə Azərbaycanın
maraqlarına uyğun olmayan qərarlar qəbul edib. Son dövrlərdə bu daha çox İran
ətrafında baş verən hadisələrdə özünü göstərib. Ən biabırçı faktlardan biri bu
yaxınlarda baş verdi. BMT Baş Assableyasında İranda insan haqlarının pozulması
məsələsi müzakirə olundu. Orda o cümlədən İranda milli azlıqların hüquqlarının
tapdanması məsələsi də qoyulmuşdu. Təsəvvür edin ki, İranda 35 milyonluq
azərbaycanlının yaşamasını nəzərə almayan bu hakimiyyət digər avtoritar,
totalitar rejimlərlə birgə həmin qətnamənin əleyhinə səs verdi. hətta İrandan
asılı olan, onlardan qaz aldığına görə ehtiyatlı davranmağa məcbur olan
Gürcüstan da bu məsələdə bitərəf qaldı. Bizim hakimiyyət isə bunu da bacarmadı
və Azərbaycan məsələsinə öz münasibətini bir daha ortaya qoydu. Onsuz da
Azərbaycanı təhdid edən, ölkəmiz üçün problemlər yaradan İran rejimi əgər nüvə
silahı əldə edəcəksə, bu, Azərbyacan üçün təhlükəli vəziyyət yaradacaq. Faktiki
olaraq İrandakı rejimin nüvə silahı əldə etməsi qlobal, regional təhlükə olduğu
kimi, Azərbaycan üçün böyük təhlükədir və bu, Azərbaycanın suverenliyinin
məhdudlaşdırılmasına gətirib çıxara ilər. Müsavat rəhbərliyi bu məsələni
dəfələrlə müzakirə edib və mövqeyini ortaya qoyub. 2006-cı ildə İranın nüvə
proqamınını qarşısınını alınası mükün olmadı. Danışıqlar yenə də davam edir.
Təbii ki, biz məsələnin danışıqlar yoluyla həllinin tərəfdarıyıq. Eyni zamanda
bu məsələnin həllində Azərbaycan dövləti hamıdan çox maraqlı olmalıdır.
Bu cür ağır vəziyyətdə olan ölkədə partiyaların normal fəaliyyət göstərməsi
həddən artıq çətindir və Müsavat Partiyası belə ağır şəraitdə 2006-cı ildə
fəaliyyətini davam etdirib. Partiyanın 2006-cı ildəki fəaliyyəti ilə bağlı
prinsipial məqamlara toxunmaq istəyirəm. Bunlardan biri parlamentin işinə
qatılmaqla bağlı qəbul etdiyimiz qərardır. Məclis müzakirələrdən sonra
parlamentin işində iştirakla bağlı qərar verdi. hesab edirəm ki, ötən zaman bu
addımın doğru olduğunu bir daha təsdiq etdi. O zaman bu məsələ ilə bağlı
müxtəlif yanaşmalar oldu. Bizim əsas arqumetlərdən biri o oldu ki, mövcud
vəziyyətdə əsas məsələ parlamentin işində işirak edib-etməməkdə deyil. Demişdik
ki, parlamentin işində iştirak etməklə o fikirdə deyilik ki, ölkənin bütün
problemlərini həll edəcəyik, bizim parlamentdəki kiçik bir qrupumuz orda
məsələlərin həllinə nail olacaq. Nə də o düşüncədə də olmamışıq ki, əvvəlki
müttəfiqlərimizin dediyi kimi, Milli Məclisin işindən imtina etmək her hansi bir
uğurlu netice verəcək və irəliləyişə gətirib çıxaracaq. Sadəcə, biz demişdik
ki,parlamentin işində iştirak bizə əlavə bir tribuna, əlavə bir resurs verəcək.
Arxada qalan il də bunu sübut etdi. Bizim deputat qrupumuzdan irtica şəraitində
parlamentdə böyük nəticələr gözləmək mümkün deyil. Amma qrup bir çox prinsipal
məsələlərə ictimai diqqəti cəlb edib, Müsavatın, eyni zamanda demokratik
düşərgənin, əslində Azərbaycanın maraqlarından çıxış edərək hakimiyyətin bir çox
oyunlarının qarşısını almağa cəhd göstərdi. Xüsusən də son aylarda büdcəylə,
sosial məsələlərlə, hərbi xidmətə çağırışla bağlı müzakirələrdə prinsipallıq
nümayiş etdirərək, həm parlamentin daxilində ümumi fikrə təsir göstərə, həm də
ölkədə bu məqamlara diqqət celb ede bildi. Təbii ki, nə biz, nə deputatlarımız
bu fəaliyyətdən o qədər də razı deyilik və hesab edirik ki, daha çox işlər
görmək olar. hesab edirik ki, növbəti ildə bu məsələyə daha çox diqqət
olmalıdır.
Bizim parlamentin işində iştirakımız bahanə edildi və 2005-ci ilə yaratdığımız,
kifayət qədər uğurlu fəaliyyət göstərən "Azadlıq" blokunda parçalanma baş verdi.
Bu, bizim iradəmizin ziddinə oldu. Biz həmkarlarımıza təklif etdik ki,
əməkdaşlığı davam etdirək, parlamertdə birgə iştirak edək, depuatat dostlarımız
da təkcə Müsavatı yox, bloku, bütün düşərgəni təmisil etsin, bunu qəbul
etmədilər. Təklif etdik ki, parlamentə qatılmaqla bağlı münasibətimiz fəqli olsa
belə, bloku parçalamayaq, bir yerdə fəaliyyəti davam etdirək, bu mövqeyimiz də
qəbul olunmadı. Bu halda biz təbii ki, qərarımızı verib, öz yolumuzu,
mübarizəmizi davam etdirməliydik.
2006-cı ildə demokratik qüvvələrin əməkdaşlığı ictimai müzakirələrdə hallanan
bir məsələ olsa da, bu yöndə ciddi irəliləyişə nail olmaq mümkün olmadı, yalnız
azad sözə edilən təzyiqlərə görə məcburiyyət qarşısında demokratik qüvvələr
Koordinasiya Şurasında bir araya gəldilər, qısa müddətdə birgə fəaliyyət mümkün
oldu. Sonrakı mərhədədə isə təəssüf ki, bizim təkliflərə baxmayaraq Korrdinasiya
Şurasının fəaliyyəti bərpa olunmayıb və bu imkandan səmərəli istifadə edilmir.
halbuki bu qurum demokratik düşərgəni toparlamaq üçün uğurlu bir variant ola
bilər. Biz də bunu nəzərə alaraq qurumun işinin təkmilləşdirilməsi ilə bağlı
təkliflərimizi hazırlayıb həm həmkarlarımıza, həm də ictimaiyyətə təqdim
etmişik. O təkliflər yenə də qüvvədə qalır. Biz bu istiqamətdə səylərimizi davam
etdirəcəyik.
Bu müddətdə prinisipial qərarlarımızdan biri də Mərkəzi Seçki Komissiyasının
işində iştirakdan imtinayla bağlı olub. Bu da kifayət qədər mürəkkəb, çətin bir
qərar idi. hakimiyyət Müsavata MSK-da iki yer, o cümlədən, katib postu təklif
etsə də, biz hərtərəfli müzakirələrdən sonra bundan imtina etmək qərarına
gəldik. Bəzən "parlmentin işində iştirak edən partiya seçki komissiyalarında da
olmalıydı" fikirlərini eşidirik. Bu, formal baxımdan belədir. Seçki
komissiyalarında iştirak çoxsaylı partiya üzvlərinin işlə, maaşla təmin edilməsi
demək olsa belə, bundan imtina etdik. Amma əslində parlamentə qatılmaqla, seçki
komissiyalarının işində iştirak fərqli məqamlardır. Fərq ondadır ki, biz
parlamentə AŞ PA-da aparılan müzakirələrdən, ATƏT-in seçkilərə bağlı yekun
hesabatı açıqlanandan sonra getdik. Əgər beynəlxalq birlik parlament
seçkiləriylə bağlı prinsipial qərarlar çıxarsaydı, parlamentin tanınmaması,
hətta mandatının AŞ PA-da müəyyən müddətə təxirə salınması variantında da
iştirakdan imtina barədə ciddi düşünə bilərdik. Amma bunların heç iri baş
vermədi, əksinə, beynəlxalq birlik parlamentin işində iştirak etməməyi
qeyri-konstruktiv qərar kimi dəyərləndirdi. Bu parlamentlə əməkdaşlıq
edəcəklərini bəyan etdilər. Bundan sonra bizim Milli Mclisin işində iştirak
etməməyimizin məntiqi olmazdı. Amma indiki halda situasiya fərqlidir. Bizim
MSK-nın işində iştirak etməməyimiz vəziyyətə kifayət qədər təsir edə bilər.
Çünki bu məsələdə demokratik ictimaiyyət bizim kimi seçki komissiyalarının
paritet əsaslarla formalaşmasının tərəfdarıdır. həm ATƏT-in Demokratik
Təsisatlar və İnsan haqları Bürosü, həm də Avropa Şurasının Venesiya Komissiyası
seçki komissiyalarının paritet əsaslarla təkmilləşdirilməsini istəyirlər. Bu
məsələdə beynəlxalq birliyin Azərbacan hakimiyyəti ilə həm açıq, həm də qapalı
formada dialoqu davam edir. Bu yöndə hakimiyyətə tövsiyələr verilir. Belə bir
şəraitdə bizim seçki komissiyalarında iştirak etməyimiz hakimiyyətin beynəlxalq
təşkilatlarla aparılan danışaqlarda mövqeyini xeyli gücləndirərdi. Onlar
deyəcəkdilər ki, müxalifət də seçki komissiyyalarında təmsil olunur. Bizim
iştirak etməməyimiz isə bu bahənəni hakimiyyətin əlindən aldı və onlar ciddi bir
şəkildə iddia edə bilmirlər ki, seçki komissiyalarında müxalifətin də
təmsilçiləri var. Bunu biz reallıqdan da bilirik, beynəlxalq təşkilatlarla
söhbətlərdən də görürük ki, bu, nəzərə alınır. Bu, prinsipial qərar idi. Əslində
Azərbaycanın müasir tarixində ilk dəfədir ki, hansısa partiya seçki
komissiyalarında onlara birbaşa yer təklif edildiyi halda həmin imkandan imtina
edir. Bizim bu hərəkətimiz ölkədə demokratiyanın maraqlarını partiya
mənafelərindən üstün tutmağımızın ciddi bir nümunəsi kimi qeyd olunmalıdır.
Bu il bizim fəaliyyətimizin böyük hissəsi zaman və əhəmiyyət etibarilə Müsavatın
qurultayının və bu kontekstdə baş verən proseslərə aid oldu. Bu prosesdə mənfi
və müsbət hadisələr də qeyd olunmalıdır. Mən hesab edirəm ki, şəraitin
ağırlığına, məhdudiyyətlərə baxmayaraq, kifayət qədər güclü bir qurultay keçirə,
Müsavatın gücünü nümayiş etdirə bildik. 2003-cü ilin prezident, 2005-ci ilin
parlament seçkilərindən sonra ölkədəki ruh duşgünlü, ümidsizlik şəraitində
müsavatçıların sınmadığı, mübarizənini davam etdirməyə hazır oduqlarını bir daha
nümayiş etdirdik. Qurultayda partiyanın rəhbər orqanları, Məclis, MNTK, başqan
seçildi. Qurultaydan sonra isə Məclisə seçkilər oldu, Divan, Məclisin sədri,
katibi və komissiya sədrləri seçildi.
Yeri gəlmişkən, mən seçilən dostlarımızın hamısını təbrik etmək istəyirəm,
Sülhəddin bəyi təbrik edirəm ki, bu gün ilk dəfədir ki, Məclisi idarə edir,
kifayət qədər yaxşı idarə edir. Bundan sonrakı müddətdə də sizə uğurlar
arzulayıram.
Bu proseslərdə müəyyən xoşagəlməz hadisələr də oldu. Qurutlayda müəyyən
xoşagəlməz hadisələr də baş verdi, meclise secki zamani saxtakarliq cehdi oldu,
bu, qeyd olunmalıdı, amma o da unudulmamalıdı ki, qurultayın özünün seçdiyi səs
sayma komissiyası rəhbərliyin xəbəri və mudaxilesi olmadan bu cəhdin qarşısını
aldı. Nəticədə Müsavatın azad və adələtli seçkilər keçirmək ənənəsinə sadiq
qaldığı bir daha nümayiş etdirildi. Sonrakı mərhələdə biz çox gərgin bir Məclis
sədri seçkiləri dövrünü yaşadıq, kifayət qədər gərginliklər oldu, kifayət qədər
xoşagəlməz, hadisələr baş verdi, yersiz iradlar, qarşılıqlı ittihamlar səsləndi.
Amma bütün bunlar Müsavatın gücünü göstərdi. Azərbaycan hakimiyyəti bəzən açıq,
bəzənsə üstüörtlü şəkildə iddia edir ki, Azərbaycan xalqı azad və ədalətli
seçkilərə hazır deyil, əgər həqiqi bir seçki keçiriləcəksə, qarşıdurmalar
yaranacaq, az qala vətəndaşq mübaribəsi hədinə qədər gedib çıxacaq. Qapalı
danışıqlarda bunu çox deyirlər və Qərbi inandırmağa çalışırlar ki, bizim xalq
demokratiyaya hazır deyil. Belə bir mərhələdə bizim də bu prosesin
çətinliklərindən narahat olmağımız və hansısa bir şəkildə seçki yox, konsensus
yoluyla məsələni həll etmək istəyimiz hardasa başa düşülən ola bilərdi. Bu
müddətdə partiya daxilindən də, dostlardan da təkliflər eşidildi ki, bu cür
gərginliyə ehtiyac yoxdur, hansısa bir konsensus tapıb məsələni həll etmək
lazımdır. Təbii ki, konsensus hər zaman tapmaq mümkündür. Bizim bunu etməyə də
kifayət qədər siyasi iradəmiz vardı. Amma mən hesab edirəm ki, Müsavat Partiyası
ölkəyə demokratiya nümunəsi göstərməkdə davam etməlidir. Bunu dəfələrlə etmişik.
Azərbaycanda ilk ilkin seçki nümünəsini Müsavat gerçəkləşdirib, bütün
partiyadaxili seçkiləri gizli səsvermə yoluyla azad və ədalətli şəkildə keçirmək
nümunəsini biz ortaya qoymuşuq. hesab edirəm ki, biz bu xətti davam etdirməliyk.
Sonrakı müddətdə də partiyanın aparatının formalaşdırılması və s. proseslərdə də
müəyyən fikir ayrılıqları, qarşılıqlı mübahisələr oldu. Biz bütün bu məsələləri
dostcasına, nizamnamə çərçivəsində həll edə bilərik. Müsavat Partiyasında elə
bir problem yoxdur ki, onu nizamnamə çərçivəsində, aşkarlıq, şəffaflıq
çərçivəsində, bütün fikirləri nəzər almaqla, çoxluğun səsi, azlığın mövqeyi
nəzərə alınmaqla həll etmək mümkün olmasın. hesab edirəm ki, Müsavatın
nizamnaməsi də, praktikası da bütün bu məsələlərlə bağlı partiya strukturlarında
normal diskussiyalar aparmaq və qərarlar qəbul etməyə imkan verir.
Amma fakt odur ki, qurultay sonrakı dövr kifayət qədər uzun çəkdi, bizim 2006-cı
il üçün hazırlanan yaxşı bir fəaliyyət proqramımız vardı. Onun gerçəkləşməsi
üçün obyektiv səbəblər çox idi, amma vaxtımızın, enerjimizin bir hissəsinin də
qurultay və ondan sonrakı proseslərə sərf olunması proqramdakı bütün müddəaların
istədiyimiz şəkildə həyata keçirilməsinə problemlər yaratdı. O baxımdan biz
2007-ci il barədə ciddi düşünməliyik. Bu ilə çox ciddi yanaşmalıyıq. Bu günlərdə
ATƏT-in Varşava Bürosunun rəhbəri Kristian Ştrohalla görüşəndə o dedi ki, biz
2007-ci ili imkanlar ili kimi dəyərləndiririk. Təbii ki, o, ATƏT-in yanaşması
baxımından bunu deyir. Mən də hesab edirəm ki, biz də bu ildən maksimum istifadə
etməyə çalışmalıyıq.
2007-ci il üçün Müsavatın fəaliyyət proqramı ilə bağlı mükəmməl sənəd
hazırlanıb, sizlərə təqdim olunub. Onu müzakirə etmək lazımdır. Mən tezisvari
şəkildə əsas fəaliyyət istiqamətləri barədə fikirlərimi bildirmək istəyirəm. Mən
hesab edirəm ki, əsas fəaliyyət istiqamətləri aşağıdakı səkkiz istiqamət
olmalıdır.
1.Müsavatın yenidən intellektual qüvvə mərkəzinə çevrilməsi. 90-cı illərin
ortalarından başlayaraq biz bu nümunəni ortaya qoymuşduq. Partiyanın bütün
strukturları çox aktiv şəkildə işləyirdi, çalışırdı. Demək olar ki, həyatın
bütün sahələri ilə bağlı qanun layihələri, təkliflələr paketi işlənib
hazırlanırdı, ictimaiyyətə, yeri gələndə hakimiyyətə təqdim olunurdu. Əslinə
qalsa diqqətli bir araşdırmaçı 90-cı illərin sonlarından başlayaraq bu günə
qədər Azərbaycanda müsbət adlandırıla biləcək addımların əksəriyyətinin
Müsavatın proqram və konsepsiyalarında öz əksini tapdığının şahidi ola bilər.
Bir çox məsələləri ilk dəfə olaraq Müsavat gündəmə gətirib, yalnız bir neçə
ildən sonra hakimiyyət bu təkliflərdən, konsepsiyalardan istifadə edib. Biz
2003-cü ilə bütün bu göstəricilər üzrə gücümüzün pik nöqtəsində gəlmişik,
seçkiləri də udmuşduq. Amma hakimiyyətin qəddarlığı, repressiyaları nəticəsində
qələbəmizi gerçəkləşdirmək imkanı olmamışdı. Etiraf etmək lazımdır ki, sonrakı
illərdə bu istiqamətdə diqqətimiz azalmışdı. hesab edirəm ki, həmin istiqamətdə
görülən işləri bərpa etmək lazımdır. Kifayət qədər illər keçib. Bir çox
proqramlarımızın, konsepsiyalarımızın təzələnməsi vacibdir. 2006-cı ildə bunları
etməyə çalışdıq, amma az sahələrdə. 2007-ci ildə isə biz bunu etməliyik. Mən
xüsusən sosial-iqtisadi sahəyə diqqətin artırılmasını məqsədəuyğun sayıram.
Bütünü digər sahələrin önəmini kənara qoymadan. Bu sahədə çox ciddi
araşdırmalara, təklifələrə ehtiyac var. hesab edirəm ki, Müsavat Partiyasının
potensialı buna imkan verər.
2. Bu istiqamət isə partiyanın idarə edilməsinin təkmilləşdirilməsi olmalıdır.
Bu sahədə görüləcək işlərimiz çoxdur. Problemlər olsa da, imkanlar da var. Bu
imkanlardan istifadə edib idarə olunmasını gələn ildə təkmilləşdirməyə
çalışmalıyıq.
3. Rayon təşkilatlarının işinin gücləndirilməsi. Bir çox rayon təşkilatlarının
rəhbərləri burda iştirak edirlər. Biz onların fədakarlıqlarını çox yüksək
qiymətləndiririk. Amma onu da etiraf edək ki, işi gücləndirmək üçün xeyli
rezervlər var. Bu yönlərdə iş gücləndirilməlidir. Bu, rayon təşkilatlarının
üzərinə düşən vəzifədir. Eyni zamanda partiya rəhbərliyi də mərkəzlə rayon
təşkilatları arasında əlaqələrin gücləndirilməsi istiqamətində bir çox işlər
görməlidir. Biz də bu işləri görməyə çalışmalıyıq.
4. Müsavat deputat qrupunun fəliyyətinin gücləndirilməsi, eyni zamanda
partiyanın bu qrupa dəstəyinin artılımsasını düzgün sayıram. Bir qədər əvvəl də
dedim, deputat qrupu mümkün olan qədər çalışıb, müsbət nəticələr də əldə olunub.
Ancaq bu işi təkmiləşdirmək də mümkündür. Deputat dostlarımız da bu barədə
düşünürlər. hesab edirəm ki, biz 2006-cı ildə deputat qrupupa daha çox dəstək
verə bilərdik. 2007-ci ildə bütün bunları etməliyik. O qrupun parlamentdə
rolunun, təsirinin artması üçün bir çox işlər görülə bilər və bunları etməliyk.
5. Demokratik düşərgədə uğurlu əməkdaşlıq modellərinin müəyyənləşiilməsi və
reallaşdırılması baş verməldir. hesab edirəm ki, 2006-cı il mövcudluqlara, baş
verənlərə qiymət vermək, bir az soyuqqanlı yanaşmaq üçün bir qədər əsaslar,
faktlar verdi. Artıq konkret qərarlar qəbul etmək zamanıdır. Biz qeyd etdiyimiz
kimi, Koordinasiya Şurası istiqamətində təkliflərimizi qüvvədə saxlayırıq və bu
yöndə səylərimizi davam etdirəcəyik. hesab edirəm ki, həmkarlarımız bu yöndə
obyektiv mövqe tutmalı, Koordinasiya Şurasının işinin alınmasında maraqlı
olmalıdırlar. Biz bu qurum barədə danışanda hansısa siyasi bloku nəzərdə
tutmuruq. heç kim düşünməməlidir ki, biz bu məsələdə hansıa siyasi birlik
yaranmasını təklif edirik. Təkliflərimizdə də dəqiq şəkildə göstərilib ki,
Şuranın ilk işlərindən biri bizim hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi
müəyyənəşdirmək olmalıdır. Yəni burda siyasi yox, funksional birlikdən söhbət
gedir. Əgər həmkarlarımız bu məsələdə o qədər də maraq göstərməyəcəklərsə, biz
Koordinasiya Şurasının gerçəkləşdirilməsi ilə bağlı başqa variantları da
düşünməli olacağıq. Eyni zamanda 2007-ci ildə konkret siyasi birliklər barədə
düşünməyin vaxtıdır. Bu barədə də ciddi düşünmək lazımdır.
6. Altıncı istiqamət kimi mən bütövlükdə partiyanın cəmiyyətlə əlaqələrinin
genişləndirilməsi məqsədəuyğun sayıram. Bu, çox geniş bir işdir, burda bütün
məsələlərdən - media, qəetlərlə əlaqələr, cəmiyyətin müxtəlif kəsimləri ilə
əlaqələrdən söhbət gedir. Bu gün ümumi sözlər danışmaq yox, konkret məsələlərdə
mövqe ortaya qoymaq lazımdır. İnsanlarımız görməlidir ki, onların hər bir
problemində Müsavat Partiyası onlarla bir yerdədir. hər bir məqamda problemlərlə
üzləşən insanlarımızla bir yerdə olmalıyıq, onlar bizim dəstəyimizi
görməlidirlər. Gücümüz çatan məsələləri həll etməliyik, çatmayan məsələlərdə də
insanlarımız görməlidirlər ki, onlarla bir yerdəyik, həmrəyik, onlar üçün
çalışırıq.
7. Partiyanın xarici əlaqlərinin genişləndirilməsini nəzərə almaq lazımdır. Bu
yöndə də görüləsi işlər var. İndiyə qədər nələrə namil olmuşuqsa, onları da əsas
götürərək bu işləri xeyli gücləndirmək lazımdır. Yeri gəlmişkən, bu işin
istiqamətlərindən biri də Avropa ilə əlaqələrin gücləndirilməsidir. Məclisin
gündəliyində də bu məsələ var. Söhbət Avropa Liberal Demokrat və İslahat
Partiyasına Müsavatın müraciət etməsi ilə bağlıdır. Onun adı partiya olsa da,
əslində partiya deyil. Bu, Avropadakı bütün liberal partiyaları birləşdirən bir
ittifaqdır. Son illərdə ittifaqın rəhbərləri ilə dəfələrlə görüşlərimiz olub.
Bir çox baxımdan Müsavatın bu birliyə daxil olması bizim əlaqələrin
genişlənməsinə, Müsavatın Avropada daha çox tanınmasına, əlaqələrinin
genişlənməsinə gətirib çıxaracaq. Biz unutmamalıyıq ki, Müsavat yarandığı gündən
liberal dəyərlərin daşıyıcısıdır. Partiyanın yaradıcıları müsavatçılıq ideyasını
"milli zəmində liberal məfkurə" adlandırırdilar. Yəni bu əslinə qalsa, bizim
keçdiyimiz yoldur. Yüz il ərzində bu yolu gedirik, bu gün də həmin yolu davam
etdirməsində heç bir problem yoxdur. Bəzən fikirlər səslənir ki, bu ittifaqa
daxil olmaq üçün partiyada proqram dəyişikliyi etməyə ehtiyac yarana bilər. Mən
belə bir problemlə üzləşəcəyimizi güman etmirəm. Mən fikirdəyəm ki, Müsavatın
proqramında liberal dəyərlər geniş şəkildə öz əksini tapıb. Avropa liberal
partiyalarının içində elə partiyalar var ki, Sosial Liberal, eləsi var ki, Milli
Liberal Partiyası adlanır. Güman etməyin ki, hansısa partiyanın adında milli
sözü yoxdursa, həmin qurum öz milli maraqlarını unutmaq fikrindədir. Avropa
partiyalarının hamısı liberal dəyərləri çox müqəddəs hesab etməklə yanaşı öz
ölkələrinin, xalqlarının maraqlarını da gözəl dərk edirlər. Yeri gələndə o
dəyərləri də qoruyurlar. Müsavat kimi tarixi, təcrübəli bir partiya üçün də bu
məsələdə heç bir problem yoxdur. Biz həmin ittifaqa daxil olmaq barədə qərar
qəbul etsək, müraciət hazırlayıb göndərəcəyik. Ondan sonra prosedurlar
başlanacaq, mərhələləri keçə-keçə həmin ittifaqın üzvü olacağıq. Mən ittifaqın
rəhərləriylə ilkin müzakirələr aparmışam. Onlar bildiriblər ki, Müsavatı həmin
qurumda görməyə şad olarlar. Biz Azərbaycanın Avropaya inteqrasiyasını
istəyiriksə, bütün məsələlərdə öndə olan Müsavatın bu məsələdə də öndə olmasının
üstünlükləri var. Doğrudur, standartlar var biz də standartlar barədə
düşünməliyik. Biz əgər Avropa Birliyinin üzvü olmaq istəyiriksə, deməli, o
standartlar barədə də düşünməli, ölkəmizin bu standartara uyğunlaşmasında
maraqlı olmalıyıq.
8. Bütün bu deyilənlərin zəminində və ayrıca bir məsələ kimi təbii ki, 2008-ci
ilə hazırlıq hədəfinin müəyyənləşdirilməsinin tərəfdarıyam. Bəzən bizə deyirlər
ki, gecikirsiniz. Amma mənə elə gəlir ki, gecikdiymiz bir şey yoxdur. Bizim əsas
işimiz seçkilərdə qalib olub hakimiyyətə gəlməkdir. Fəaliyyətimiz hər zaman buna
yönəlib. 2007-ci ildə də təklif etdiyim fəaliyyət proqramında göstərilən
istiqamətlərdə fəaliyyət göstərə bilsək, hədəflərlə çata bilsək, bu elə 2008-ci
ilə hazırlıqdır. Seçkilərlə bağlı qərarları isə istənilən mərhələdə qəbul edə
bilərik. Mən bilən burda heç bir problem olmayacaq. Təbii ki, Müsavatın məqsədi
hakimiyyətə gəlib, ölkəmizin, xalqımızın problemlərini həll etməkdir. Bizim bu
günə qədər etdiklərimiz də, bundar sonra edəcəklərimiz də bu hədəfə doğru
yönəlməlidir. Biz demokratik qüvvələrin hakimiyyətə gəlməsinin, məmləkətin
problemlərinin həllinə çalışmalıyıq, inşallah, buna çalışacağıq ve nail
olacagiq.