Müsavat Partiyasının Nardaranda baş verən
hadisələrlə bağlı bəyanatı
Məlum olduğu kimi, Nardaranda polislə yerli sakinlər arasında baş verən silahlı
toqquşma nəticəsində iki polis əməkdaşı və bir yerli sakin qətlə yetirilib.
Hadisə zamanı yaralananlar da olub. 4 il bundan əvvəlki hadisələrin
təkrarlanacağından ehtiyat edən Azərbaycan cəmiyyəti baş verənlərlə bağlı ciddi
narahatlıq keçirir.
Digər tərəfdən hüquq mühafizə orqanlarının hadisənin mahiyyəti ilə ictimaiyyətə
dəqiq məlumat verməməsi, bölgədə faktiki olaraq fövqəladə vəziyyətin yaradılaraq
kənd camaatının təzyiq altında saxlanılması bu narahatlığı ikiqat artırır.
Müsavat Partiyası hakimiyyətdən faciə ilə nəticələnmiş insidentin ciddi,
obyektiv və şəffaf şəkildə araşdırılmasını, həqiqi cinayətkarların tapılaraq
cəzalandırmağa, problemi kənd sakinləri ilə danışıqlar yolu ilə həll etməyə
çağırır.
MUSAVAT’S STATEMENT ON NARDARAN EVENTS
January 30,2006 – Reportedly, two police officers and one local have been killed
at Nardaran, as a result of an armed clash between police and Nardaran-born
residents. There are injuries as well. Not only the village of Nardaran, but
also the whole Azerbaijan community now is concerned by the event.
And the facts that police provide the public with inaccurate information about
the incident and exert pressure on the locals through declaring a state of
emergency in the area double this concern.
The Musavat Party urges the government to investigate the tragic incident that
is of serious concern fairly and thoroughly, identify and punish deliberate
criminals, and smooth the problem through negotiations with the village
residents.
Müsavat Partiyasının mətbuat xidməti, 30 yanvar 2006-cı il