Novveç səfiri ilə görüş

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Con Ramberq ilə görüşüb. Görüşdə əsasən Norveç-Azərbaycan ikitərəfli əlaqələri, Azərbaycanda ictimai-siyasi vəziyyət, qarşıdan gələn prezident seçkiləri və mətbuatın bu günkü durumu müzakirə edilib. Səfir ölkəsinin Azərbaycanda demokratik seçkilər tərəfdarı olduğunu və azad və ədalətli seçkilərdə bütün demokratik qüvvələrə uğurlar arzuladığını vurğulayıb.

isagambar.az, Bakı, 05 iyul 2007-ci il