Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilmişdir. Gündəlikdə
görülən işlər, partiyadaxili və ictimai-siyasi məsələlər yer alıb.
Partiyadaxili məsələnin müzakirəsi zamanı Ağcabədi RT-nın və Müsavat Gənclər
Təşkilatının konfransına hazırlıq haqqında fikir mübadiləsi aparılıb.
İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı əsas diqqət Seçki
Məcəlləsinə dəyişikliklərlə bağlı noyabrın 9-da keçiriləcək iqtidar-müxalifət
görüşünə yönəlib. Venesiya Komissiyasının planlaşdırdığı bu dəyirmi masanın
IFES-in təşkilatçılığı ilə keçirilməsi təşəbbüsünə qarşı müxalifət liderlərinin
etiraz etməsi və bu tədbirdə iştirakdan imtina edilməsi qərarı düzgün hesab
edilib. Qeyd olunub ki, həmin görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, VK-nın
təşəbbüskarlığı ilə keçiriləcəyi təqdirdə iştirak etmək olar.
Divanda, həmçinin son vaxtlar regionda gedən proseslər barədə fikir mübadiləsi
aparılıb.
Yığıncağın sonunda bir sıra cari məsələlər baxılıb.
isagambar.az, 05 noyabr 2007-ci il, Bakı