MÜSAVAT BAŞQANI İSA QƏMBƏR ATƏT
NÜMAYƏNDƏSİLƏ GÖRÜŞÜB
Müsavat partiyasının başqanı İsa Qəmbər bu gün partiya qərargahında ATƏT
Parlament Assambleyasının insan hüquqları, demokratiya və humanitar məsələlər
üzrə komitəsinin sədri C.Lopes Medel Baskonesi qəbul edib. Bu xəbər Turana
partiyanın mətbuat xidmətindən daxil olub.
Xəbərə görə, görüşdə ölkədəki ictimai-siyasi durum, demokratiya və insan
haqları, habelə 2008-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri
barədə ətrafılı fikir mübadiləsi aparılıb.
Xəbərdə deyilir ki, görüşdə ATƏT-in Bakı ofisinin əməkdaşları Culiane
Markard-Narten, Elşad Fərzəliyev və Müsavat partiyası icra aparatının rəhbəri
Arif Hacılı iştirak ediblər.
BAKI / 07.11.07 / TURAN
