İsa Qəmbər Avropa Şurası Bakı ofisinin rəhbəri və Venetsiya Komissiyasının nümayəndəsi ilə görüşüb

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Avropa Şurası Bakı ofisinin rəhbəri Denis Bribosia və Venetsiya Komissiyasının nümayəndəsi S. Kuznetsov ilə görüşüb. Görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, seçki qanunvericiliyində islahatlar, demokratiya və insan haqları barədə, həmçinin 2008-ci il prezident seçkiləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Müsavat Partiyası ilə Avropa Şurasının müvafiq strukturlarının bundan sonrakı əməkdaşlıq prespektivləri müzakirə olunub.

Görüşdə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı iştirak edib.

isagambar.az, 8 noyabr 2007, Bakı