Müsavat Partiyasının bəyanatı
(Son günlər Gürcüstan Respublikasında baş verən hadisələr haqqında)
Müsavat Partiyası noyabr ayının 8-də Tbilisi şəhərinin mərkəzində dinc nümayiş
iştirakçılarına qarşı adekvat olmayan güc tətbiq edilməsini, nümayişçilərə,
aclıq aksiyasının iştirakçılarına müşahidəçilərə hətta öz peşə vəzifələrini
yerinə yetirən jurnalistlərə qarşı zorakılıqları qətiyyətlə pisləyir.
Müsavat Partiyası regionda demokratik cəmiyyət quruculuğu baxımından nümunə
sayılan Gürcüstanda siyasi plüralizmə dözümsüzlük, azad mətbuata təzyiq, o
cümlədən, TV kanalının bağlanması kimi halları yolverilməz hesab etməklə yanaşı,
yaranmış siyasi böhranın demokratik prinsiplər əsasında qarşılıqlı dözümlülük,
siyasi dialoq şəraitində aradan qaldırılacağına ümid edir.
isagambar.az, 8 noyabr 2007, Bakı