Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilrib. Toplantıda
görülən işlərə və qərarların icra vəziyyətinə baxıldıqdan sonra partiyadaxili
məsələlər ətrafında müzakirələr aparılıb. Sonra ölkədəki ictimai-siyasi vəziyyət
müzakirə edilib. Divan son vaxtlar ölkədə kiçik və orta biznesin nümayəndələrinə
qarşı güclənən təzyiqlərdən narahatçılığını bildirib və onların hüquqlarının
müdafiəsi istiqamətində ardıcıl tədbirlərin keçirilməsini vacib sayıb. Bundan
əlavə çörək və un məmulatlarının qiymətlərinin bahalaşması hakimiyyətin
səriştəsiz iqtisadi siyasətinin nəticəsi kimi qiymətləndirilib və müvafiq təcili
tədbirlər görülməsi tələb edilib.
Axırda cari məsələlərə baxılıb.
Axırda cari məsələlərə baxılıb.
isagambar.az, Bakı, 09 iyul 2007-ci il