İsa Qəmbər partiyanın qərargahında Güney Azərbaycan Konqresi Mərkəzi Komitəsinin sədri Əmir Haşimi (Cavanşir) ilə görüşüb
![]() |
![]() |
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Güney
Azərbaycan Konqresi Mərkəzi Komitəsinin sədri Əmir Haşimi (Cavanşir) ilə
görüşüb. Görüşdə Güney Azərbaycandakı vəziyyət, Qarabağ problemi və xaricdəki
Azərbaycan diasporasının fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Əmir Haşimi Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin
Bakıda keçirilən forumunda iştirak etmək üçün Bakıya gəlib. Forumun işində
onunla yanaşı həmin qurumun Mərkəzi Komitəsinin üzvləri Cavidan Elbars və Aida
Əmir Haşimi də iştirak ediblər.
Müsavat Partiyasının mətbuat xidməti, 10 mart 2007-ci il