Müsavat Partiyasının başqanı İsa Qəmbər müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib:

“Hörmətli həmvətənlər!

Müqəddəs Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayıram. Ramazan bayramı xalqımız, eləcə də bütün dünya müsəlmanları üçün olduqca əzizdir. Bu bayram insanları təmizliyə, ülviliyə səsləyir, bizi Allaha daha da yaxınlaşdırır. Mən inanıram ki, bu müqəddəs ayda tutuduğumuz oruc, etdiyimiz dualar haqqın dərgahında qəbul olunacaq, hər birimizin xoş niyyətinin həyata keçməsinə kömək göstərəcək. Bizim Ramazan dualarımız bütövlükdə xalqımız üçün düşərli, ölkəmizin və millətimizin problemlərinin həllinə yardımçı olacaq.

Hamınızı bir daha təbrik edir və Tanrıdan Sizə xoşbəxtlik arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!”

isagambar.az, 11.10.2007