İsa Qəmbər Böyük Britaniya səfiri ilə görüşüb
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında Böyük Britaniyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Lourens Bristou ilə görüşüb. Azərbaycanda üç il yarımlıq fəaliyyətini bitirən səfirlə Müsavat Başqanı Böyük Britaniya – Azərbaycan əlaqələri, ölkəmizdə gedən ictimai-siyasi proseslər, mətbuatın bu günkü durumu, qarşıdan gələn prezident seçkiləri, Qarabağ problemi barədə ətraflı söhbət ediblər. Müsavat Başqanı cənab Bristouya Azərbaycanda işlədiyi müddətdə göstərdiyi fəaliyyətinə görə təşəkkürünü bildirib və ona uğurlar arzu edib.
isagambar.az, Baku, 12.06.2007