Ərdoğan
İsa Qəmbərə məktub göndərdi
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər bir müddət
əvvəl Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qələbə qazanan, hökuməti
formalaşdıran Ədalət və İnkişaf Partiyasına və onun rəhbəri Rəcəb Tayyib
Ərdoğana təbrik məktubu ünvanlamışdı. Baş nazir Ərdoğan dünən İsa Qəmbərə
təşəkkür məktubu göndərib.
Məktubda bildirilir:
“Cümhuriyyətimizin 60-cı, partiyamızın 3-cü hökumətinin qurulmasını
alqışladığınız və təbrik etdiyiniz üçün təşəkkür edirəm. Hər kəsin gələcəyə
inamla baxdığı, demokratiyanın gücləndiyi yeni bir icraat dönəminin başında,
böyük bir sıçramanın önündəyik. Demokratik, sosial hüquq dövləti olan
Cümhuriyyətimizi daha da yüksəklərə daşımağın yolu inanıram ki, millət olaraq
ortaq dəyər və hədəflər ətrafında birləşməyi bacarmağımızdan keçir”.
Baş nazirin məktubu “Bu yeni dönəmin ölkəmizə və millətimizə xeyirli olmasını
diləyir, sizə ən yüksək duyğularımla sevgi və salamlarımı çatdırıram” fikirləri
ilə yekunlaşır.
isagambar.az, 12.10.2007