Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Öncə qərarların
icra vəziyyəti və görülən işlər müzakirə edilib. Sonra partiyadaxili məsələlərə
baxılıb. Səbail və Əzizbəyov rayon təşkilatları sədrlərinin hesabatları
dinlənilib və nəzərə alınıb. Toplantıda seçki qanunvericiliyinin
təkmilləşdirilməsi ilə bağlı noyabrın 9-da keçirilən müzakirələrdə Müsavat
Partiyasının iştirak etməməsi barədə bir daha fikir mübadiləsi aparılıb və
partiyanın düzgün mövqe tutduğu bildirilib.
Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. “Azadlıq” qəzetinin Baş
redaktoru Qənimət Zahidin qeyri-qanuni həbsi, son vaxtlar söz və mətbuat
azadlığına qarşı təzyiqlərin güclənməsi ətrafında geniş fikir mübadiləsi
aparılıb. Bununla bağlı Divan xüsusi bəyanat qəbul edib (bəyanatın
mətni əlavə olunur).
Axırda cari məsələlərə baxılıb.
isagambar.az, 11 noyabr 2007-ci il, Bakı