İsa Qəmbər Brüsselə yola düşür
Sabah Müsavat Partiyasının Başqanı İsa Qəmbər Brüsselə yola düşür. O, burada
NATO və Avropa Birliyinin Güney Qafqazla əməkdaşlığının perspektivlərinə dair
keçiriləcək konfransda iştirak və çıxış edəcək. Konfrans təşkilatçılarının
dəvəti ilə gerçəkləşən səfər çərçivəsində İsa Qəmbərin NATO və Avropa Birliyinin
rəsmiləri ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
isagambar.az, 15 sentyabr 2007-ci il