Müsavat Partiyası Divanının növbəti toplantısı olub
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Öncə Müsavat
Partiyasının Başqanı İsa Qəmbər D. Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi
Cəmiyyətinin sədri, Müsavat Partiyası Başqanının müşaviri Novella Cəfəroğlunu
ölkədə insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərinə görə ABŞ Dövlət
Departamentinin təsis etdiyi mükafata layiq görülməsi münasibəti ilə Divan
adından təbrik edib.
Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra, ölkədəki
ictimai-siyasi vəziyyət müzakirə edilib. AŞ PA-da Azərbaycanın öhdəliklərin
yerinə yetirilməsi ilə bağlı bu gün keçirilən müzakirələr ətrafında fikir
mübadiləsi aparılıb. AŞ PA-ya dəvət olunan müxalifət nümayəndələrinin və hüquq
müdafiəçilərinin hazırladıqları və Müsavat Partiyası Başqanı tərəfindən
imzalanmış sənəd barədə Divan üzvlərinə məlumat verilib. Keçmiş səhiyyə naziri
Əli İnsanovun İlham Əliyevin Baş Nazir təyin olunması ilə bağlı söylədiyi
fikirlərlə əlaqədar fakt üzrə cinayət işinin qaldırılması üçün respublika
prokurorluğuna göndərilən müraciətin mətni müzakirə edilib və qəbul olunub.
Toplantıda aprelin 21-də partiyanın qərargahında talassemiyalı xəstələr üçün
qanvermə kampaniyasının aparılması barədə qərar qəbul edilib.
Axırda cari məsələlərə baxılıb.
Müsavat Partiyasının Mətbuat Xidməti, 16.04.2007