Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı olub

Qərarların icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra partiyadaxili məsələlərə baxılıb. Müsavat Partiyasının İsveçdə mühacirətdə olan uzvlərinin həmin ölkənin Skutskar şəhərində özək yaratmaqla bağlı müraciətləri müzakirə edilib və buna razılıq verilib.

Sonra Müsavat Partiyasının 18 fevral 2007-ci il tarixdə kimi “Ukrayna” meydanında keçirdiyi mitinqin yekunları müzakirə edilib. Divan şaxtalı və çovğunlu hava şəraitinə baxmayaraq mitinqin baş tutmasını müsbət qiymətləndirir. Növbəti yürüş-mitinqin mart ayının 18-də keçirilməsi ilə bağlı qərar qəbul edilib. Həmin yürüş-mitinq də eyni məkanda və eyni şüarlarla keçiriləcək.

Axırda cari məsələlərə baxılıb.

Müsavat Partiyasının mətbuat xidməti, 19 fevral 2007-ci il