MÜSAVAT PARTİYASI AVROPA LİBERAL DEMOKRATİK İSLAHAT PARTİYASININ ÜZVÜLÜYÜNƏ QƏBUL OLUNDU

Müsavat Partiyası Avropa Liberal Demokratik İslahat Partiyasının üzvülüyünə qəbul olunub. Bu barədə Müsavat başqanının müavini Mehman Cavadoğlu məlumat verib.

M.Cavadoğlu bildirib ki, bu gün partiya başqanı İsa Qəmbər Avropa Liberal Demokratik İslahat Partiyasının İtAlmaniyada keçirilən qurultayında çıxış edib. İ.Qəmbərin çıxışından sonra Müsavatın ittifaqa üzvlüyü məsələsi müzakirə olunub və məsələ səsə qoyulub. Qurultay iştirakçıları yekdilliklə Müsavatın ittifaqa tam hüquqlu üzvlüyünü dəstəkləyiblər.

Müsavat Partiyası Avropa Liberal Demokratik İslahat Partiyazının üzvlüyünə qəbul olunmaq üçün bir müddət əvvəl qərar qəbul etmiş və quruma müraciət ünvanlamışdı. Son illərdə Müsavat lideri bu ittifaqın mühüm tədbirlərinə qonaq qismində dəvət olunurdu.

Xatırladaq ki, İ.Qəmbər oktyabrın 14-dən Almaniyada səfərdədi.

isagambar.az, 19.10.2007