Müsavat Partiyasının Başqanı İsa Qəmbər müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli soydaşlarım!

Müqəddəs Qurban bayramı münasibətilə hamınızı təbrik edir, uzun ömür, can sağlığı arzulayıram. Qurban bayramı bütün müsəlman dünyasında ən əziz günlərdən biridir. Bu gün müsəlmanlar Allah yolunda qurbanlar kəsir, öz dualarının Allah dərgahında qəbulu üçün ibadətlər edir. Bu müqəddəs gündə Azərbaycan vətəndaşları da Allah yolunda qurbanlar kəsəcək, həm özləri, həm də bütövlükdə xalqımız üçün dualar edəcək. Ümid edirəm ki, Qarabağın işğaldan qurtarması, xalqımızın azad gələcəyi, firavan həyatı uğrunda bizim hamımızın edəcəyimiz dualar qəbul olunacaq, ulu Tanrının himayəsi xalqımızın başı üstündən əskik olmayacaq.

Mən bir daha bayram münasibətilə hamınızı təbrik edir, ölkəmizə əmin-amanlıq, bolluq, firavanlıq arzulayıram. Ümid edirəm ki, Allahın köməyi, xalqımızın iradəsilə biz öz xoşbəxt gələcəyimizə qovuşa biləcəyik.

Tanrı Azərbaycanımızı qorusun!

isagambar.az, 19 dekabr 2007-ci il, Bakı