Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilmişdir.
İclasda 2008-ci il üçün dövlət büdcəsinin layihəsi haqda fikir mübadiləsi
aparılıb və layihənin parlamentdə müzakirəsi zamanı Müsavat Deputat Qrupunun
üzvlərinin çıxışları, səsləndirdikləri təkliflər müsbət qiymətləndirilib və
təqdir edilib.
Divan bu məsələ ilə bağlı ayrıca bəyanat qəbul edib və büdcə layihəsinin yekun
müzakirəsi zamanı müsavatçı deputatlar tərəfindən səsləndirilmiş qeydlərin
nəzərə alınmasının məqsədəuyğun olduğunu bildirib.
İctimai-siyasi məsələnin müzakirəsi zamanı İranda soydaşlarımıza qarşı
repressiyalar, o cümlədən, hərəkatçı Məcid Xudayi Həmid oğlunun İran rejiminin
həbsxanasında işgəncələrdən ölməsi faktı kəskin şəkildə pislənib, həbslərə,
işgəncələrə son qoyulması tələb edilib.
“Dalğa” gənclər təşkilatının son vaxtlar göstərdiyi fəallıq təqdir olunub,
onların keçirdikləri dinc aksiyaların polis tərəfindən dağıdılmasının qanunazidd
və yolverilməz olduğu bildirilib.
Yığıncağın sonunda bir sıra cari məsələlər baxılıb.
isagambar.az, 19 noyabr 2007-ci il, Bakı