Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda
qərarların icra vəziyyəti və partiyadaxili məsələlərə baxılıb. Sonra 27 may
yürüş-mitinqinə hazırlıq məsələləri müzakirə edilib və müvafiq tapşırıqlar
verilib.
Daha sonra toplantıda son vaxtlar hakimiyyət tərəfindən azad mətbuata edilən
basqılar ətrafında müzakirələr aparılıb. Divan son günlər Fövqəladə Hallar
Nazirliyinin əməkdaşlarının “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”
qəzetlərinin redaksiyasına hücum etməsini və redaksiyanın binasını möhürləməsini
qətiyyətlə pisləyib və bunu hər iki qəzetin fəaliyyətini birdəfəlik dayandırmağa
yönəlmiş cəhd kimi qiymətləndirib. Toplantıda habelə qanunsuz məhkəmə hökmləri
ilə həbs olunmuş bütün jurnalistlərin dərhal azadlığa buraxılması bir daha
hakimiyyətdən tələb edilib.
Yığıncaqda ötən il mayın 22-də Güney Azərbaycanda başlayan milli-oyanış
hərəkatının ildönümü ilə bağlı da fikir mübadiləsi aparılıb. Müsavat Partiyası
bundan sonra da güneyli soydaşlarımızın öz milli haqları uğrunda mübarizəsinə
mənəvi-siyasi dəstək verəcək. Patiya Divanı İran hökuməindən Azərbaycan
türklərinin hüquqlarına hörmətlə yanaşmağı tələb edib.
Sonda cari məsələlərə baxılıb.
isagambar.az, Bakı, 21 may 2007-ci il