"Axı biz silahlı müxalifət deyilik"
İsa Qəmbər: Bizim gücümüz sözümüzdür, mövqeyimizdir, təkliflərimizdir

- Almaniya səfəriniz nə ilə bağlı idi? Necə keçdi səfəriniz?

- Məni Almaniyaya Azad Demokratlar Partiyası dəvət etmişdi. Ştuttqart şəhərində onların qurultayı keçirilirdi. Qurultaya dəvət olunmuşdum. Bu çərçivədə Azad Demokratlar Partiyasının rəhbərləri ilə, Bundestaqda, Avropa Parlamentində, Naoman Fondunun rəhbərləri ilə görüşlərimiz oldu. Daha sonra qurultayda iştirak edən xarici qonaqlarla görüşlərimiz oldu.

- Görüşdüyünüz şəxslərin Azərbaycana münasibətləri necədir? Onlar Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirlər?

- Mövzularımız əslində Azərbaycan-Almaniya, Azərbaycan-Avropa münasibətləri olub. Eyni zamanda işğal olunmuş torpaqlarımızla bağlı məsələ müzakirə olunub. Azərbaycanın problemləri, regional problemlər, təhlükəsizlik problemləri, Azərbaycanda demokratiya, söz azadlığı ilə bağlı məsələlər və digər məsələlər danışılıb. Almanlara gəldikdə, burada Azərbaycanı kifayət qədər tanıyan və Azərbaycana önəm verən siyasətçilər az deyil. Çünki artıq Azərbaycan-Almaniya münasibətləri kifayət qədər inkişaf edib. Eyni zamanda Azərbaycan Avropanın yeni qonşuluq siyasəti proqramına daxil edildiyi üçün Azərbaycana diqqət kifayət qədər böyükdür. Azərbaycanı, bölgəni tanıyan mütəxəssislərin, araşdırmaçıların, siyasətçilərin mövqeyi kifayət qədər prinsipial və obyektivdir. Yəni onlar Azərbaycanın üstünlüklərini də bilirlər, nöqsanlarını da. Onların da demək olar ki, hamısı Azərbaycandakı demokratiya problemlərinin çox olmasından, insan haqlarının tapdanmasından narahatdırlar. Bu problemlərin mümkün qədər tez aradan qalxmasını arzulayırlar və bu istiqamətdə çalışırlar.

- Bu arzularla problemin doğrudan da həll olunması mümkündürmü? Sadaladığınız problemlərin həlli üçün müxalifətə dəstək verilməsi müzakirə edildimi?

- Durub gözləmək ki, almanlar, ya Avropalılar bizim problemləri həll edəcəklər, bu düzgün yanaşma deyil. Öz problemlərimizi özümüz həll etməliyik. Onlar Azərbaycandakı demokratik proseslərə mənəvi, siyasi dəstək verirlər. Təbii ki, əgər Azərbaycanda real demokratiya bu gün yoxdursa, deməli onların verdiyi dəstək də kifayət qədər deyil. Ancaq hər halda faktı inkar etmək də olmaz ki, onlar kifayət qədər obyektiv şəkildə prosesi qiymətləndirirlər, mövqe bildirirlər və Azərbaycanda demokratik dəyişikliklərin olmasında maraqlıdırlar. Qalanı bizdən asılıdır. Öz xalqımızdan, hər birimizdən asılıdır.

- Dəstəyin kifayət qədər verilməməsinin qarşısını alan nədir? Hansı maneələr var?

- Aydın məsələdir ki, Azərbaycanın neft, qaz ehtiyatlarına malik olması, Qərbin, Avropanın isə xüsusən qaza çox böyük ehtiyac duyması öz təsirini göstərir. Avropa Rusiyanın qaz asılılığından qurtulmağa çalışır. Buna da can atanda məcbur olur Azərbaycana, Türkmənistana, Qazaxıstana müraciət etsin. Yenə də bu tipli avtoritar rejimlərə dözümlü yanaşmağa məcbur olurlar. İran məsələsi var. Amerikanı xüsusən İran məsələsi rejimə loyal yanaşmağa sövq edir. Bütün bu amillər var. Eyni zamanda, bütün bu amillərin də hər birinin limiti var. Artıq Azərbaycan hakimiyyət dairələri bu limit həddini aşıblar. Amma özləri hələ bunu dərk etmək istəmirlər. Hətta Azərbaycan hakimiyyətinə loyal yanaşan, hakimiyyətin insan hüquqlarının pozulmasına barmaqarası baxmaq istəyən qüvvələr də artıq bunu edə bilmirlər. Çünki doğurdan da son zamanlar insan haqlarının pozulması, jurnalistlərin həbsi və sair artıb. Azərbaycan jurnalistlərinin həbsinə görə ATƏT-in lider ölkəsinə çevrilib. Təbii ki, buna göz yummaq mümkün olan şey deyil.

- Bu problemlərin aradan qaldırılması üçün müxalifət qüvvələrinin gücümü çatmır, yoxsa başqa problemlərimi var. Əgər müxalifət güclü deyilsə, nəyə görə mübarizələrini birləşdirmirlər?

- Yenə də müxalifət amili ilə birlik amilini bir-birinə qatırsınız. Bunların bir-birinə nə dəxli var axı? Müxalifətin gücü yalnız birlikdə deyil. Müxalifətin gücü ilk növbədə ictimai fəallıqdadır. Bu gün cəmiyyət fəal deyilsə, müxalifətin mövqeyinin təsirli olacağını nə əsasla biz gözləyə bilərik? Axı biz silahlı müxalifət deyilik. Bizim əlimizdə ordu yox, qoşun yox. Bizim gücümüz sözümüzdür, mövqeyimizdir, təkliflərimizdir. Bu sözlərin, mövqeyin cəmiyyət tərəfindən nə dərəcədə fəal şəkildə dəstəklənməsidir. Əgər cəmiyyət bu gün hakimiyyət tərəfindən repressiyalar altında saxlanılırsa, cəmiyyət qorxursa, cəmiyyətdə xof hakimdirsə, insanlar bilirlərsə ki, müxalifət mövqeyini müdafiə etmək onların həbsi ilə nəticələlənər və yaxın qohumlarının, ailə üzvlərinin iş yerlərini itirməsi ilə nəticələnə bilər, təbii ki, insanlar ehtiyatlı davranacaqlar. Ona görə də bu gün problem müxalifətin zəifliyində deyil. Müxalifət potensial olaraq kifayət qədər güclüdür. Biz «Müsavat» olaraq bunu bütün seçkilərdə sübut etmişik. İnşallah, 2008-ci ildə də sübut edəcəyik. Və problem müxalifətin birlikdə, yoxsa ayrılıqda fəaliyyət göstərməsində də deyil. Təbii ki, müxalifətin birliyi yaxşı olardı. Ancaq bu da əsas məsələ deyil. Əsas məsələ ölkədə ən azı, konstitusiyaya, qanunlara əməl olunmasındadır. Demokratiya deyəndə, hərə bir cür şərh edir. Halbuki demokratiyanın çoxlu şərhi yoxdur. Demokratiya vahid bir gerçəklikdir. Ancaq ölkədə bir Konstitusiya var. Konstitusiyanı bu hakimiyyət qəbul edib. Ölkədə qanunlar var. Konstitusiya və qanunlara əməl etsinlər. Bunlara əməl edilmirsə, seçkilər saxtalaşdırılırsa, öz mövqeyini ifadə edən insanlara repressiyalar tətbiq olunursa, onda biz nə axtarırıq ölkədə? Hansı haqq-ədalətdən, hansı müxalifətin proseslərə təsirindən danışmaq olar? Yəni problem müxalifətdə deyil, hakimiyyətin demokratiyaya zidd, xalqa zidd repressiv xarakterindədir.

- Bəs bu xarakteri dəyişmək üçün nə etmək lazımdır?

- Hərə öz üzərinə düşən işi görməlidir. Siyasətçi həqiqətləri söyləməlidir, xalqı fəallaşdırmalıdır. Hər bir vətəndaş öz içərisindəki qorxunun üzərindən keçə bilib, özünün və övladının, xalqının gələcəyini düşünüb buna uyğun mövqe tutmalıdır. İnsanlarımız özlərinin gələcəyi ilə bağlı prinsipial vətəndaş mövqeyi tutsalar çox qısa müddətdə ölkədə vəziyyəti dəyişmək mümkündür. Bu hakimiyyət zəif hakimiyyətdir. Bu hakimiyyətin bütün gücü xalqa qarşı represiya tətbiq etməsindədir. Başqa heç bir gücü yoxdur bu hakimiyyətin. Yəni siyasi güc xalqın etimadına əsaslanmalıdır. Sadəcə olaraq xalq özündə cəsarət tapıb ayağa qalxmalıdır.

- Müxalifətin sonuncu topldantısında Pənah Hüseyn tərəfindən belə bir təklif irəli sürüldü ki, torpaqlarımızın 20 faizi işğal olunduğuna görə, ölkə başçısı tərfindən bütün siyasi partiyalar fəaliyyətlərinin daynadırılması barədə sərəncam imzalanmalıdır. Müxvalifət partiyaları da buna hazır olduqlarını sübut etməlidir...

- Mənə elə gəlir ki, bu məsələ konteksdən çıxarılmış və bir qədər şişirdilmiş formada şərh olunur.

- Amma ondan bir neçə gün sonra bu məsələ parlamentdə də səsləndirildi...

- Mən o cür xatırlamıram.

-Bunun gündəmə gətirilməsində məqsəd nə ola bilər. Doğurdanmı bu Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilər?

- Bilirsiniz, mən başqa siyasətçilərin dediklərini şərh etməyi xoşlamıram. Hərə öz sözünü deyir, öz sözünə cavabdehdir.

- Bəs Ermənitan və Azərbaycan prezidentlərinin görüşünü necə şərh edərdiniz?

- Əvvəlcədən bilinirdi ki, bu görüşün heç bir nəticəsi olmayacaq. Nə Ermənistan öz işğalçı mövqeyindən əl çəkib, nə də beynəlxalq birlik işğalçını tanımaq istiqamətində addım atıb. Bunlar dəyişməyibsə, Azərbaycanın mövqeyini dəyişəcəyini, Azərbaycanın Qarabağdan hüquqi cəhətdən imtina edəcəyini gözləmək olmaz. Mən hesab edirəm ki, inldiki hakimiyyət də daxil olmaqla heç kəs bu xəyanətkar addımı atmayacaq.

- Sizcə münaqişənin nizamlanması üçün ATƏT Minsk Qrupu çərçivəsində görüşləri davam etdirməyə ehtiyac varmı?

- Söhbət formatda deyil. Söhbət ondadır ki, biz bu problemi həll etmək istəyiriksə, nələrsə dəyişməlidir. Mən o nələrdən ikisini dedim. Birincisi Ermənistan işğalçı mövqeyindən əl çəkməlidir, ikincisi beynəlxalq birlik Ermənistanı işğalçı kimi tanımalıdır. Ancaq bunlar bizdən asılı olmayan məsələlərdir. Bizdən asılı olan məsələlər də var. Azərbaycanın aydın dərk olunmuş xarici siyasət konsepsiyasının hazırlanması, Qarabağı azad etmək üçün hərtərəfli ölçülüb-biçilmiş bir proqram hazırlanmalıdır. Azərbaycanın iqtisadi inkişafı, ordunun təkmilləşdirilməsi, ölkədə demokratiyanın inkişafı, rüşvətxorluğun aradan qaldırılması, bütün bunlar problemi həll etmək üçün çox zəruridir. Yalnız bu halda torpaqlar azad olunacaq. Qalan nə zaman, kim-kiminlə görüşdü, bunlar prosesin zahiri hissəsidir.

- Avropanın Azərbaycanın neft-qaz ehtiyatlarına ehtiyacı var. Nəyə görə Qarabağ probleminin həllində bu amildən istifadə edilmir. Edilirsə də niyə nəticə vermir? Müsavat partiyası bu amildən necə istifadə edərdi?

- Bu istiqamətdə bir neçə kobud səhvlərə yol verilib. Söhbət ondan gedə bilməz ki, biz sizə neft veririk, qaz veririk, siz də bizə Qarabağ məsələsində kömək edin. Ancaq aydın məsələdir ki, Azərbaycanın müəyyən üstünlükləri var. Həm strateji mövqeyi ilə bağlı, həm zənginlikləri ilə bağlı. Bu üstünlüklər beynəlxalq birliklər Azərbaycana daxil olan zaman problemlərin həllinə yönəldilə bilərdi. Hakimiyyətdə olan qüvvə isə bunu etmədi və etmir. Azərbaycandakı hakimiyyət bu üstünlükləri Azərbaycanın problemlərinin həlli üçün deyil, öz hakimiyyətlərinin ömürünü uzatmaq üçün istifadə edir./ANSPRESS/

http://anspress.com/nid23206.html

ANS/Nəzər Nöqtəsi / 22.06.2007 19:16


Copyright 2007 The ANS Press. All rights reserved.This material may not be published, broadcast, rewritten, or redistributed.


Мы не являемся вооруженной оппозицией
Иса Гамбар: "Наша сила в слове, позиции и предложениях".

- С чем была связана Ваша поездка в Германию?

- Меня в Германию приглашала партия Свободных демократов. Они проводили свой съезд в Штудгарте. Я был гостем съезда. В Германии я провел встречи с руководством партии Свободных демократов, в Бундестаге, Европейской парламенте, в фонде Наумана. Принял участие в обсуждениях с гостями съезда.

- Вы провели встречи с обширной аудиторией, каково её отношение к Азербайджану? Как они оценивают общественно-политическую ситуацию в нашей стране?

- В основном мы обсуждали темы Азербайджан- Германия, Европа-Азербайджан. Обсуждали вопросы, связанные с оккупацией Арменией территорий Азербайджана. Проблемы Азербайджана, региона, проблемы безопасности, демократия в Азербайджане, свобода слова и другие темы. В Германии немало политиков, знающих Азербайджан и интересующихся нашей страной. Отношения Азербайджан-Германия достаточно развиты. В то же время, после включения Азербайджана в Европейскую программу политики добрососедства, интерес к нашей стране заметно увеличился. Позиция специалистов, исследователей и политиков, знающих Азербайджан, наш регион, довольно-таки принципиальна и объективна. Они знают, в чем превосходство Азербайджана, и какие у нас ошибки. Можно сказать, что все они выражают обеспокоенность проблемами демократии в Азербайджане, попранием прав человека. Они желают скорейшего решения этих проблем и работают в этом направлении.

-Возможно ли решение этих проблем одними пожеланиями? Обсуждался ли вопрос помощи оппозиции в решении этих проблем?

- Никто за нас никаких проблем решать не будет. Ни немцы, ни Европа. Это неправильная позиция. Свои проблемы мы должны решать сами. Демократические процессы Азербайджана они поддерживают морально и политически. Ну, а если в Азербайджане нет реальной демократии, то и их поддержка будет соответствующей, не полной. Но, во всяком случае, нельзя сбрасывать со счетов и тот факт, что они довольно объективно оценивают процессы, высказывают свою позицию и интерес к демократическим преобразованиям в Азербайджане. Остальное зависит от нас. От нашего народа, каждого из нас.

-Что мешает оказанию достаточной поддержки, какие препятствия имеются на этом пути?

- Ясное дело, что наличие у Азербайджана запасов нефти и газа и высокая потребность Запада, Европы, особенно в газе, оказывает влияние на это. Европа старается покончить с зависимостью от Российского газа. Поэтому она вынуждена обратиться к Азербайджану, Казахстану, Туркменистану. Вынуждена терпимо относится к такого рода авторитарным режимам. Здесь есть еще и проблема Ирана. Иранская проблема побуждает Америку лояльно относиться к режиму. Эти факторы имеются. Но каждый фактор имеет свой лимит. Правящие круги Азербайджана уже превысили этот лимит. Но признать этого пока не хотят. Даже силы, относящиеся к руководству Азербайджана лояльно, силы, желающие смотреть сквозь пальцы на нарушение правительством прав человека, делать это не могут. Потому, что в последнее время число нарушений прав человека, арестов журналистов возросло. Азербайджан стал лидером ОБСЕ по аресту среди журналистов. Естественно, на все это закрывать глаза невозможно.

- Для решения этих проблем у оппозиции не хватает сил или есть другие проблемы. Если оппозиция слаба, то почему не желает объединить усилия?

- Вы снова смешиваете фактор оппозиции с фактором единства. Какое отношение они имеют друг к другу? Сила оппозиции не только в единстве. Сила оппозиции, в первую очередь, в общественной активности. Если сегодня общество не активно, то на каком основании мы можем ожидать действенности оппозиции? Мы же не являемся вооруженной оппозицией. В наших руках нет армии, нет войск. Наша сила в слове, позиции и предложениях. В поддержке обществом этих слов, позиции и предложений. Если сегодня общество подвергается репрессиям со стороны руководства, общество боится, люди знают, что при поддержке оппозиции их могут арестовать, а близкие родственники, члены семьи потеряют работу, то, естественно, оно будет осторожным. Поэтому, сегодня проблема не в слабой оппозиции. Потенциально, оппозиция обладает достаточной силой. Мы партия "Мусават" это доказывали на всех выборах. И докажем это в 2008 году. И проблема не в том, что оппозиция действует отдельно или же сообща. Естественно, единство оппозиции дело хорошее. Но и это не главное. Главная задача заключается в том, чтобы в стране минимально придерживались требований Конституции и законов. Понятие демократия, каждый комментирует, как может. Тогда как, демократия является единой действительностью. У страны есть Конституция. Её принимало это руководство. В стране есть законы. Пусть все придерживаются Конституции и законов. Если всего этого не придерживаются, выборы фальсифицируются, к людям, выражающим свою позицию, применяются репрессии, то, что мы ищем в этой стране? О какой справедливости, о какой действенности оппозиции мы можем говорить? Проблема не в оппозиции, проблема в не демократичном, антинародном и репрессивном характере власти.

- А что можно сделать для смены этого характера?

- Каждый должен выполнять свои обязанности. Политик должен говорить правду, активизировать народ. Каждый гражданин должен побороть свой внутренний страх, во имя своего будущего, будущего своих детей и народа, избрать соответствующую позицию. Если население изберет принципиальную гражданскую позицию, соответствующую его будущему, то за короткое время можно изменить положение в стране. Это слабое правительство. Его вся сила направлена на репрессии против народа. Другой силы у этого правительства нет. Политическая сила должна опираться на доверие народа. Просто народ должен найти в себе мужество и потребовать своего права.

- На последнем заседании оппозиции Панах Гусейн, в связи с оккупацией Арменией 20 процентов земель Азербайджана, предложил президенту страны подписать распоряжение о замораживании деятельности всех политических партий и движений. И оппозиционные партии должны доказать свою готовность к этому…

- Мне кажется, что этот вопрос вырван из контекста и комментируется немного в раздутой форме.

- Но через несколько дней этот вопрос былозвучен и на заседании парламента...

- Я это припоминаю не так.

-С какой целью был поставлен этот вопрос. Действительно ли это поможет решению Карабахской пролблемы?

-Вы знаете, я не люблю комментировать высказывания других политиков. Какждый говорит свое и отвечает за свои слова.

- А как вы прокомментируете встречу президентов Армении и Азербайджана?

- С самого начала было ясно, что эта встреча ничего не даст. Ни Армения ни отступится от своей агрессивной политики, ни международное сообщество не сделает ни шагу на пути признания агрессора. Если это неизменно, то нельзя ожидать изменения позиции Азербайджана, юридического отказа Азербайджана от Карабаха. Я считаю, что, включая и это правительство, никто этого изменнического шага не сделает.

- Как, по-вашему, есть ли необходимость продолжения переговорного процесса в рамках Минской Группы ОБСЕ?

-Дело не в формате. Речь идет о том, что, если мы хотим решить проблему, то должны что-то изменить. Две составляющие этих что-то я уже назвал. Первое, Армения должна отказаться от своей агрессивной политики. Второе, международное сообщество должно признать Армению, как агрессора. Но эти вопросы от нас не зависят. Но есть вопросы, зависящие от нас. Подготовка ясной, обдуманной внешнеполитической концепции Азербайджана и всесторонне выверенной программы по освобождению Нагорного Карабаха от оккупации Армении. Экономическое развитие Азербайджана, усовершенствование армии, развитие демократии в стране, искоренение коррупции,- все это имеет важное значение для решения проблемы. Только при таком условии можно освободить земли. А все остальное, кто с кем встретился и прочее, это внешние детали процесса.

- Европа нуждается в нефти и газе Азербайджана. Почему в Карабахском урегулировании мы не пользуемся этим фактором. А если и пользуемся, то почему нет результата? Как бы распорядилась этим партия "Мусават"?

-В этом направлении допущено несколько грубых ошибок. Не может быть такого разговора, что мы вам даем нефть и газ, а вы нам поможете в Карабахском урегулировании. Но, ясное дело, что Азербайджан имеет ряд преимуществ. И по стратегическому положению, и по богатствам недр. Эти преимущества могли быть использованы вовремя вхождения в Азербайджан международных объединений. Но силы, стоящие у власти, этого не сделали и не делают. Власти Азербайджана эти преимущества направили не на решение проблем республики, а на продление жизни своей власти./ANSPRESS/

ANS/Точка Зрения / 23.06.2007 00:01

http://anspress.com/nid23235.html

Copyright 2007 The ANS Press. All rights reserved.This material may not be published, broadcast, rewritten, or redistributed.