Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı olub. Toplantıda qərarların icrası və partiyadaxili məsələlərə baxıldıqdan sonra ictimai-siyasi m əsələlər müzakirə edilib. Divanda qardaş Türkiyə Cümhuriyyətində Parlamentə keçirilən seçkilərin azad və ədalətli, demokratik, xalqın iradəsini təcəssüm edən, beynəlxalq standartlara uyğun keçirildiyi, seçkilərin nəticələrinin tez bir zaman kəsiyində ortaya çıxarılması üçün mükəmməl xəbərlər sistemi qurulduğu qeyd olundu.

Müsavat Partiyası adından AKP-yə seçkidə qələbə çalması, MHP-yə bir dönəmden sonra yenidən parlamentə kecməsi, Möhsün Yazıçıoğlu və Məsud Yılmaza bagimsiz millət vəkili seçilmələri münasibətilə təbrik məktubları ünvanlandı.

Toplantıda "Dalğa" Gənclər Hərəkatının təşəbbüsü ilə Bakı şəhərinin Fəvvarələr meydanında keçirilən dinc aksiyanın polis t ərəfind ən vəhşicəsinə dağıdılmasına etiraz edildi. Iqtidarın ölkədə demokratik düşüncənin boğulması və polis rejiminin daha da möhkəmlənm əsi naminə əhalinin ən dinc metodlardan istifadə etməklə keçirdiyi etiraz aksiyalarının da vəhşicəsinə dağıtması simptomatik hal kimi qeyd olundu.

Axırda cari məsələlərə baxılıb.

isagambar.az, Bakı, 23 iyul 2007-ci il