Müsavat Partiyasının 28 yanvar 2007-ci il
tarixdə yürüş mitinq keçirməsinə icazə verildi
Xəbər verdiyimiz kimi Müsavat Partiyası 28 yanvar 2007-ci il tarixdə yürüş
mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu
göndərmişdi. BŞ İH yürüş-mitinqin keçirilməsinə razılıq verib. Bununla bağlı bu
gün Müsavat partiyasına rəsmi məktub göndərilib. Xatırladaq ki, yürüş-mitinq 28
yanvar 2007-ci ildə saat 16-00-dan 18-00-dək keçiriləcək. Həzi Aslanov metro
stansiyasından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə yürüş, sonda həmin
meydanda mitinq olacaq. Enerji daşıyıcılarının və kommunal xərclərin artırılması
ilə bağlı qərarın icrasının dayandırılması mitinqin əsas şüarı olacaq.
Müsavat Partiyası əhalinin bütün təbəqələrinə müraciət
edərək yürüş-mitinqdə fəal iştirak etməyə, öz talelərinə biganə qalmamağa
çağırır
Müsavat Partiyasının mətbuat xidməti, 24 anvar 207-ci il