Müsavat Partiyasının Başqanı İsa Qəmbər
Vurğun Əyyubu 50 illik yubileyi münasibəti il də təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Vurğun bəy!
50 illik yubileyinizi təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayıram.
Siz 50 illik ləyaqətli və zəngin ömür yolunuzun bir əsas məqsədi və qayəsi olub:
Vətənə, onun müstəqillik idealına, onun vətəndaşnın azadlıqlarına xidmət
göstərmək! Ən gənc yaşlarından - ali məktəb illərindən başlayaraq Siz həmin
ideal uğrunda yaşamış, mübarizə aparmış və nəhayət, bu mübarizənin başında duran
aparıcı şəxsiyyətlərdən biri olmusunuz. Hələ Azərbaycan Xalq Hərəkatı başlamamış
yarımleqal fəaliyyət göstərən bir sıra qeyri-formal təşkilatların fəal
üzvülərindən olmuş, milli ruhun və milli şüurun formalaşmasında önəmli rolu olan
“Çənlibel” təşkilatına sədrlik etmisiniz. Sonradan xalq hərəkatına qoşulmuş,
onun aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri kimi
ölkəmizin ərazı bütövlüyü, azadlığı və müstəqilliyi uğrunda fədakarlıqla
mübarizə aparmısınız. Bu mübarizə yolunda üzləşdiyiniz çətinliklər və təqiblər
Sizi qorxutmayıb, tutduğunuz haqq yoldan döndərməyib.
Ölkəmiz müstəqilliyə qovuşduqdan conra, Ə. Elçibəyin prezidentliyi dövründə Siz
çox mühüm və strateji bir sahəyə - Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinə uğurla
rəhbərlik etmiş, test üsulunun tətbiqində, ali məktəblərə qəbulda qayda-qanun
yaradılmasında böyük xidmət göstərmisiniz. Təsadüfi deyil ki, ali məktəblərdə
test üsulunun tətbiqi bu gün də Ə. Elçibəy hökumətinin ən böyük uğurlarından
biri sayılır.
Sizin siyasi fəaliyyətinizin mühüm bir hissəsi Müsavat Partiyası ilə bağlıdır.
Bu partiyanın bərpa bürosunun üzvü kimi onun fəaliyyətinin Vətəndə bərpa
edilməsində yaxından iştirk etmisiniz. Sonrakı illərdə partiyanın Divan üzvü,
partiya başqanının müavini, birinci müavini kimi Müsavatın təşkilatlanmasında,
idarə olunmasında, onun ölkədə ən güclüsiyasi qüvvəyə çevrilməsi istiqamətində
yorulmadan çalışmısınız. Bu gün də partiyanin Divan üzvü olaraq fəaliyyətinizi
davam etdirirsiniz.
Ömrünüzün mühüm bir hissəsini ictimai-siyasi proseslərə həsr etsəniz də, əsas
ixtisasınız olan filologiyanı da unutmamısınız. Namizədlik dissertasiyası
müdafiə edərək filologiya elmləri namizədi adını almısınız. Bundan əlavə, biz
tez-tez Sizin ədəbiyyatımızın problemləri, dəyərli sənətkarlarımızın
yaradıcılığı haqqında yazdığınız dərin məzmunlu məqalələrinizi də həvəslə
oxuyuruq.
Hörmətli Vurğun bəy!
Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edir, səxsi həyatınızda
xoşbəxtlik, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.
isagambar.az, 24.10.2007