İsa Qəmbər Xose Luis Herrero ilə görüşüb

Bu gün Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın başqanı İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşüb. Görüş zamanı Azərbaycanda demokratiya və insan haqları, vətəndaşların sərbəst toplaşma azadlığının vəziyyəti, həbsdə olan jurnalistlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Bundan başqa tərəflər Seçki Məcəlləsi ətrafında və seçkiöncəsi vəziyyətlə də bağlı söhbət etmişlər.

Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da iştirak etmişdir.

isagambar.az, 25 oktyabr 2007-ci il

Xose Luis Herrero ilə görüş