Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Toplantıda qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Partiyadaxili məsələlər bölümündə Müsavat Gənclər təşkilatının rəhbərliyinin seçilməsi, Sabirabad və Şəmkir RT-larının hesabat-seçki konfransları haqqında məlumat verilib.

“Təhsil haqqında” qanunun layihəsinin nəhayət Milli Məclisin müzakirəsinə çıxarılması ilə bağlı qərara alınıb ki, layihə ciddi araşdırılsın.
Son zamanlar vətəndaşlara aid mülkiyyətin qanunsuz olaraq sökülməsi məsələsi bir daha müzakirə olunub. İcra hakimiyyəti orqanlarına vətəndaşların mülkiyyətinin sökülməsinə şərait yaradan Mülki Məcəlləyə edilmiş dəyişikliklərin vətəndaşların fundamental azadlıqlarına və konstitusiya hüquqlarına zidd olması qeyd olunub və bu məsələylə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərara alınıb.

Sonda bəzi cari məsələlərə baxılıb.

isagambar.az, 25 dekabr 2007-ci il, Bakı