Müsavat Partiyası Divanının növbəti
yığıncağı keçirilmişdir
Yığıncaq Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə
başlamışdır.
Divan Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün Azərbaycan
hökumətinin və siyasi partiya olaraq Müsavatın görməli olduqları işlər haqqında
fikir mübadiləsi aparılıb. Divan Xocalı soyqırımının iqtidar tərəfindən
ölkədaxili siyasi proseslərdə rəqiblərə qarşı süni istifadə cəhdlərini pisləmiş,
son günlər bu faciədən söz və mətbuat azadlığına qarşı da istifadə olunmasını
yolverilməz hesab etmişdir. İki il əvvəlki bir məqaləni bəhanə edib “Gündəlik
Azərbaycan”, “Realnıy Azərbaycan” qəzetlərinə hücum etmək əslində bu qəzetlərin
bu gün iqtidarı ifşa edən yazılarını dayandırmaq məqsədi güdür.
Yığıncaqda martın 18-nə planlaşdırılan bahalaşmaya qarşı etiraz aksiyasına
hazırlıq məsələsi də müzakirə edilib.
Müsavat partiyası mitinq komitəsinin sədri Arif Hacılı aksiya ilə bağlı görülmüş
və görüləcək işlər haqqında məlumat verib.
Divanda həmçinin bir sıra ölkədaxili və beynəlxalq məsələlər də müzakirə edilib.
Müsavat Partiyasının mətbuat xidməti, 26 fevral 2007-ci il