İsa Qəmbər Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü
MÜSAVAT PARTİYASI BAŞQANI VƏ TÜRKİYƏNİN AZƏRBAYCAN SƏFİRİ TƏRƏFLƏRİ NARAHAT EDƏN PROBLEMLƏR BARƏDƏ FİKİR MÜBADİLƏSİ APARIBLAR

Müsavat partiyasının başqanı İsa Qəmbər dünən Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlunu qəbul edib. Bu xəbər Turana partiyanın mətbuat xidmətindən daxil olub.

Xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olması, ermənilərin uydurma soyqırım iddiası ilə ABŞ Konqresindəki müzakirələr barədə fikir mübadiləsi aparılıb. Mənbə bildirir ki, bundan əlavə, PKK terrorçularının azğınlığı və hər iki tərəfi narahat edən digər problemlər barədə müzakirə diqqət mərkəzində olub və bu məsələlərə dair qəti və birgə mövqe ortaya qoymaq zərurəti qeyd edilib.

BAKI/27.10.07/TURAN

Hüseyn Avni Qarslıoğlu


ЛИДЕР ПАРТИИ "МУСАВАТ" ВСТРЕТИЛСЯ С ПОСЛОМ ТУРЦИИ

Сегодня глава партии "Мусават" Иса Гамбар встретился в штаб-квартире партии с послом Турции в Азербайджане Гусейном Авни Гарслыоглу. Как сообщили Turan в пресс-службе партии, в ходе встречи были обсуждены азербайджано-турецкие отношения, карабахская проблема, дебаты в Конгрессе США по резолюции "геноцида армян", активизация террористической деятельности PKK и др.

Была отмечена необходимость совместной и решительной деятельности по указанным вопросам.

БАКУ/26.10.07/TURAN