Bu gün böyük öndər M.Ə. Rəsulzadənin doğum günüdür
![]() |
![]() |
![]() |
Müsavat Partiyası bu münasibətlə onun Novxanıdaki heykəlinin önündə tədbir
keçirib. Partiya rəhbərlərinin və fəallarının, deputatların, ziyalıların, digər
siyasi partiyaların təmsilçilərinin qatıldığı tədbiri giriş sözü ilə Müsavat
Partiyasının məclis üzvü Nəsiman Yaqublu açıb. O, M.Ə. Rəsulzadənin həyat və
fəaliyyəti barədə danışıb. Sonra millət vəkili Pənah Hüseyn, KXCP sədri
Mirmahmud Mirəli-oğlu, tanınmış şair Teyyub Qurban, böyük öndərin nəvəsi Rəis
Rəsulzadə çıxış edərək Rəsulzadə haqqında fikirlərini bildiriblər. Sonda söz
Müsavat Partiyasının başqanı İsa Qəmbərə verilib. O, Azərbaycan ictimai-siyasi
fikir tarixinin nəhəng siması olan M.Ə. Rəsulzadənin keçdiyi həyat və mübarizə
yolu haqqında danışıb. İsa Qəmbər deyib ki, M.Ə. Rəsulzadə Azərbaycanın istiqlal
və azadlıq mücahidi olub. Biz böyük öndərin siyasi və mənəvi varisləri kimi onun
müstəqil, azad və firavan Azərbaycan ideallarının gerçəkləşməsi uğrunda sonadək
mübarizə aparmalı və buna nail olmalıyıq.
Axırda tədbir iştirakçıları M.Ə.Rəsulzadənin Novxanı qəbristanlığında uyuyan
yaxınlarının qəbirlərini ziyarət ediblər.
Müsavat Partiyasının mətbuat xidməti, 31 yanvar
2006-cı il