Belarus müxalifətinin lideri, İsa Qəmbərə məktub göndərib

Belarus müxalifətinin lideri, 2006-ci il Prezident seçkilərində müxalifətin vahid namizədi, Avropa Parlamentinin Saxarov mükafatının sahibi Aleksand Milinkevich Müsavat Partiyasının başqanı İsa Qəmbərə məktub göndərib.

Məktubda deyilir


"Belarusiyanın "Azadlıq günün"də bizimlə həmrəylik nümayiş etdirdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. 25 mart 2007-ci ildə Belarusda keçirilən tədbirlərdə iştirak etməyiniz böyük şücaətdir və Belarusda demokratiyanın inkişaf etdirilməsinə, insan haqlarına hörmətinizin əlamətidir. Mən sizin bu şücaətinizi yüksək qiymətləndirir və çox ümüd edirəm ki, hər iki ölkə demokratlarının sıx əməkdaşlığı tezliklə bu xalqların azad avropa ailəsinə və demokratik dünyaya qovuşmasına kömək edəcək"

Müğsavat Partiyasının mətbuat xidməti, 31 mart 2007-ci il