Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib
![]() |
![]() |
![]() |
Öncə rayon (şəhər) təşkilatı sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq edilib. Bundan sonra Məclisdə boş qalmış yerlərə seçkilər keçirilib. Asif Məmmədli, Cahangir Əmirxanlı, Füzuli Axundov və Rafiq İsmayıl Məclis üzvü seçiliblər. Gündəlikdə duran məsələlərdən biri də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin müzakirəsi olub və Müsavat başqanı İsa Qəmbər bu barədə geniş məruzə edib. Başqanın çıxışından sonra mövzu ətrafında müzakirələr keçirilib və müvafiq qərarlar qəbul edilib. Daha sonra Məclisin bir neçə komissiya sədri görülən işlər haqqında məlumat veriblər.
Məclisin sonunda cari məsələlər müzakirə edilib.
Məclis 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciət qəbul ediblər.
Məclisin sonunda cari məsələlər müzakirə edilib.
Məclis 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciət
qəbul ediblər.
Müsavat Partiyası məclisinin 31 mart soyqırımı ilə bağlı
müraciəti
Bu gün Azərbaycan tarixinin ən ağır, ən ağrılı günlərindən birinin ildönümüdür.
89 il əvvəl – 1918-ci il mart ayının 31-də erməni daşnakları bolşeviklərin
dəstəyi ilə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçiriblər. Bakını işğal
edən erməni daşnakları Gəncə, Şamaxı, Quba, Göyçay, habelə Xoy-Mərənd,
Qars-İqdır, Qərbi Azərbaycan və digər bölgələrimizdə onlarla kəndləri yandırıb,
minlərlə Azərbaycan türkünü qətlə yetiriblər. Bütün bunlar yüz illər boyu erməni
millətçilərinin azərbaycan türklərinə qarşı yeritdikləri soyqırım siyasətinin
daha barbar formada davamı idi.
Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin bu qanlı səhifəsini
unutdurmağa, həqiqətləri saxtalaşdırmağa, tarixi faktları məhv etməyə
çalışıblar. Amma bütün səylərə baxmayaraq Azərbaycan xalqı tarixinin bu qara
gününü də yaddaşında qoruya bilib. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa
etdikdən sonra 31 mart “Soyqırım günü” olaraq qeyd olunmağa başlayıb. Lakin
təəssüf ki, 31 mart həqiqətlərinin tam açılması, beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırılması istiqamətində sistemli, ardıcıl fəaliyyət göstərilməyib.
Bütün çətinliklərə baxmayaraq Azərbaycan ziyalıları, tarixçiləri bu hadisələri
dərindən araşdıraraq həqiqətləri ortaya çıxarsalar da, həmin araşdırmaların
beynəlxalq səviyyədə təbliğ olunmasındakı problemlər bu gün də qalmaqdadır.
Müsavat Partiyasının Məclisi hesab edir ki, 31 mart soyqırımının, eləcə də
ermənilərin Azərbaycana, Azərbaycan xalqına qarşı bu gün də davam edən
işğalçılıq və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması istiqamətində ciddi, sistemli və ardıcıl işlər görülməli, bu
məsələdə iqtidarlı, müxalifətli hər kəs həmrəy olmalı, səylərini birləşdirməli,
Azərbaycan diasporası dünyada ciddi təsirə malik olan diasporalarla əlaqələrini
gücləndirərək daha ciddi fəaliyyət göstərməlidir.
Müsavat Partiyasının Məclisi 31 mart 1918-ci ildə ermənilərin törətdiyi qanlı
soyqırımın mahiyyətinin dünyaya çatdırılması istiqamətindəki bütün səyləri
dəstəkləyir və beynəlxalq birliyi bu məsələdə prinsipial mövqe tutmağa çağırır.
Müsavat başqanı İsa
Qəmbərin məruzəsi
Müsavat Partiyasının mətbuat xidməti, 31 mart 2007-ci il