İsa Qəmbər xalqı mitinqə çağırdı
"Cəmiyyət öz taleyinə sahib çıxmalıdır"
![]() |
![]() |
![]() |
Müsavat Partiyası 18 mart aksiyasının şüarları sırasına vətəndaşların komunal
borclarının silinməsi tələbini daxil edib". Sabah bahalaşma əleyhinə
yürüş-mitinq keçiriləcək. Aksiya saat 15-dən 17-dək metronun həzi Aslanov
stansiyası - Ukrayna meydanı marşrutu üzrə baş tutacaq. Etiraz nümayişinin
təşkilatçısı olan Müsavat Partiyasının başqa İsa Qəmbər bununla bağlı mətbuat
konfransı keçirdi. Enerjidaşıyıcıları və kommunal xidmətlərin qaldırılmasına
qarşı etiraz hərəkatına yanvar ayından başladıqlarını qeyd edən başqan sabahkı
tədbirin böyük önəm daşıyacağını vuğruladı. hamını aksiyada iştiraka çağıran İsa
bəy həmçinin bu hərəkatı zəruri edən amillərdən danışdı: "hesab edirik ki,
xalqın qiymət artımına etiraz etməyə bütün cəhətlərdən haqqı var. Çünki
bahalaşma heç bir ciddi iqtisadi əsaslandırma olmadan, planlaşdırılmadan,
savadsız şəkildə həyata keçirilib. Əslinə qalsa, bu, ölkənin problemlərini onsuz
da pis vəziyyətdə yaşayan xalqın üzərinə qoymaq cəhdindən başqa bir şey deyil.
Qiymət artımı qərarının verilməsinin üç səbəbdən qaynaqlandığını bildirmişdik.
Birinci səbəb hakimiyyətin savadsızlığı, ikincisi mövcud rejimin korrupsiyaya
uğraması, nəhayət üçüncüsü, xalqa biganə, sayğısız yanaşmasıdır". İ.Qəmbər ötən
müddət ərzində qiymət artımı barədə qərarın verilməsinin səbəblərinə dair
söylənilənlərin təsdiqini tapdığını bildirdi. Qeyd etdi ki, 2007-ci ilin dövlət
büdcəsinə yaxın zamanlarda yenidən baxılması və bir sıra parametrlərin
dəyişdiriliməsi ilə bağlı səsləndirilən fikirlər hakimiyyətin savadsızlığını əks
etdirən faktlardandır: "2006-cı ilin sonunda 2007-ci il üçün dövlət büdcəsi
qəbul edildi. İndi deyirlər ki, yaxın aylar ərzində büdcəyə yenidən baxılmalı
bir sıra parametrlər dəyişdirilməlidir. Bunu da belə əsaslandırırlar ki,
qiymətlərin, o cümlədən maaş və müavinatların artırılması ilə büdcənin
gəlir-xərc hissəsində fərqlər yaranıb. hakimiyyət məsələyə əvvəlcədən sistemli,
elmi yanaşsaydı, bu cür biabrçı vəziyyət yaranmazdı. 2006-cı ilin sonunda büdcə
ilə bağlı müzakirələr aparılarkən planlaşdırılan qiymət artımı layihəyə daxil
edilməliydi". İ.Qəmbər bahalaşmadan sonra ölkədə istehsalat və ticarətlə məşğul
olan müəssisələrin rəqabət gücünü itirdiklərini dedi: "həmin müəsislərin 2007-ci
illə bağlı əvvəlcədən nəzərdə tutulan planları, satış müqavilələri var idi.
İstehsal etdikləri məhsulun maya dəyərini enerjidaşıyıclarının qiymətini nəzərə
almaqla müəyyənləşdirirdilər. Qiymətlərin artmasından sonra məhsulların maya
dəyəri də kəskin şəkildə bahalaşıb. Məhsulları əvvəlcədən nəzərdə tutulmuş
qiymətlərə satmaq şirkətlər üçün əlverişsiz olub. Bu baxımdan müəssisələrin çoxu
işləyə bilmir. Sumqayıtdakı "Azərkimya" şirkəti bu səbəblərdən fəaliyyətini
dayandırıb. 10 minə yaxın insan faktiki olaraq işsiz qalıb. Qəribə haldır ki,
həmin şirkətin rəhbərliyi, Sumqayıtdan "seçilmiş" iqtidar deputatları bu
məsələni qabaratmırdılar. Yalnız Müsavat deputat qrupunun üzvü İkram İsrafilin
parlamentdəki çıxışından sonra müvafiq qurumlar problemə diqqət yönəltdilər.
hazırda Nazirlər Kabineti müəssislərin fəaliyyətinin bərpası üçün variantlar
axtarır. Subsidiyalar, borcların silinməsi haqqında fikirləşirlər. Əgər qiymət
artımına görə müəsisələrə subsidiyalar veriləcəkdisə, bahalaşmaya nə ehtiyac var
idi? Bundan əlavə əgər hakimiyyət dövlət müəssisələrinin borclarını silməyi
düşünürsə, vətəndaşlar niyə əziyyət çəkməlidirlər. Fiziki şəxslərin
enerjidaşıyıcılarına olan borcları da silinməlidir. Müsavat Partiyası 18 mart
aksiyasının şüarları sırasına vətəndaşların komunal borclarının silinməsi
tələbini daxil edib". Qiymət artımının korrupsiya ilə bağlı olduğunu deyən
İ.Qəmbər ölkədəki rüşvətxorluqla bağlı ciddi faktların bir qisminin Əli
İnsanovun məhkəmə prosesində açıqlandığını söylədi: "Sabiq səhiyyə naziri
ölkədəki korrupsiya sistemi ilə bağlı ciddi məqamlara aydınlıq gətirdi. Prosesdə
baş verənlər, o cümlədən səsləndirilən fikirlər çox maraqlıdır. Əli İnsanovun
bölgələrdə hakimiyyətin tapşırığı ilə məktəblər tikdirməsi, yollar çəkdirməsi,
sonradan görülən bu işlərin heydər Əliyev Fondunun adına çıxarılması ilə bağlı
etirafları korrupsiya sisteminin nə dərəcədə geniş miqyaslı olduğunu aydın
şəkildə ortaya çıxardı. hakimiyyətin ifşası prosesi daha da sürətlənib. Sirus
Təbrizlinin Atatürk Mərkəzindəki çıxışı da rejimin mahiyyətini, korrupsioner
xarakterini bir daha ortaya çıxardı". İ.Qəmbər hakimiyyətin xalqa biganə,
sayğısız münasibətinin qabarıq şəkildə ortada olduğunu dedi və Sirus təbrizlidən
sitat gətirdi: "İlham Əliyevə ölkədə qaz, su işıq olmadığını deyirəm, lakin
Ramiz Mehdiyev və başqaları prezidentə hər şeyin əla olduğunu bildirirlər. Bu
yalanlar nəyə lazımdır". Bu sözləri müxalifət yox, Sirus Təbrizli deyir.
S.Təbrizli "bu hakimiyyət kəndlərdə, rayonlarda əkin-biçin əvəzinə heydər
Əliyevin heykəllərini qoymaqla məşğul olur" deməklə hakimiyyətin simasını ifşa
edir. hakimiyyətin Sirus Təbrizli demişkən, simasız quldurlar tərəfindən idarə
olunduğu üzə çıxır. Belə bir hakimiyyətdən xalqa sayğı, diqqət gözləmək təbii
ki, əsassızdır". Müsavat başqanı bildirdi ki, ötən müddətdə bahalaşmanın
yaradacağı situasiya ilə bağlı müxalifət nümayəndələrinin, ekspertlərin,
iqtisadçıların vurğuladığı məqamların təsdiqini tapdığını söylədi: "Məncə,
indiki mərhələdə cəmiyyətin fəallaşması öz problemlərinə sahib çıxması mühümdür.
Biz quyuya su töküb onu doldura bilmərik. Bu hakimiyyəti savadlandırmaq,
iqtidarın korrupsiyaya son qoyması mümkün deyil. Çünki bu hakimiyyət korrupsiya,
yalan, zorakılıq üzərində qurulub. Rejimin özbaşına dəyişməsi, yaxşılaşması da
mümkünsüzdür. Amma hakimiyyətin xalqa biganə siyasətinə son qoya bilərik. Bunun
üçün xalqın ayağa qalxması kifayətdir. hesab edirik ki, bu cür əsassız qiymət
artımına, xalqa zidd siyasətə etirazını bildirməklə, cəmiyyət iqtidarı bundan
sonrakı qərarlarını on dəfə ölçüb bir dəfə biçməyə məcbur edə bilər.
hakimiyyətin xalqa zidd siyasətini dəyişə bilsək, bunun müsbət təsiri cəmiyyətin
bütün təbəqələrinə - siyasətçilərə, müəllimlərə, həkimlərə, jurnalistlərə,
tələbələrə, fəhlələrə də aid olacaq. Bu, yalnız müxalifətin problemi deyil və
Müsavatın ayağa qalxıb təkbaşına məsələni həll edəcəyini düşünmək düzgün yanaşma
deyil". Mətbuat konfransında İ.Qəmbər həmçinin media mənsublarını bu məsələlərdə
bir qədər diqqətli olmağa çağırdı: "Başqalarından prinsipiallıq gözləyirik.
Lakin bəzən özümüz-özümüzə rəva bilirik ki, bir cür yazaq, başqa cür hərəkət
edək. Bu ölkənin, xalqın problemləri hamımızın problemləri deyilmi? hakimiyyətin
xalqa qarşı cinayətkar münasibətini hər birimiz öz üzərimizdə hiss etmirikmi?
Bunları görə-görə yazırlarda mövzuya başqa rənglər verməyə, dolayısı ilə
hakimiyyəti zərbə altından çıxarmağa, ictimai diqqəti beşinci dərəcəli
məsələlərə yönəltməyə cəhd göstərilməməlidir". Başqan eyni zamanda tədricən daha
çox siyasi qüvvənin xırda-para məsələləri kənara qoyub bir araya gəldiyini,
bunun müsbət hal olduğunu vurğuladı. Qeyd etdi ki, bunun nəticəsi olaraq 18 mart
mitinqində bir sıra siyasi qüvvələrin iştirakı gözlənilir: "KAXCP mitinqin
təşkilatçılığında iştirak edir. Digər qüvvələr də bu istiqamətdə bir sıra
addımlar atmaqdadır. Proses gedir. Bu prosesi xalqımızın, cəmiyyətimizin köklü
maraqları naminə sürətləndirməyə çalışmalıyıq. Bir daha həm sizləri, həm də
cəmiyyətimizi öz probleminə sahib çıxmağa, mövqe qoymağa, fəallığa səsləyirəm".
Daha sonra İ.Qəmbər jurnalistlərin suallarını cavablandırdı.
- MSK-nın tərkibinin formalaşdırılması ilə bağlı Müsavat Partiyası ilə "Azadlıq"
blokunun mövqeyi arasında fərq nədən ibarətdir?
- Bir qədər əvvəl deyəndə ki, mövzuları dəyişməyək, real problemlər üzərinə
gedək bu cür məsələləri nəzərdə tuturdum. Seçki komissiyaları ilə bağlı Müsavat
Partiyasının mövqeyi neçə illərdir bəllidir. Biz seçki komissiyalarının
hakimiyyətin nəzarətindən çıxarılmasını, müstəqil dövlət orqanına çevrilməsini,
paritet əsaslarla formalaşdırılmasını tələb edirik. Bu məsələ hələ də
aktuallığını ona görə saxlayır ki, Müsavat Partiyası 2005-ci il parlament
seçkilərindən sonra hakimiyyətin MSK-da təmsil olunmaq təklifini rədd etdik.
Mövzunu mətbuatda fikirayrılığı, guya kiminsə paritet tərəfdarı olması,
Müsavatın fərqli mövqe sərgiləməsi kimi təqdim etmək yalnız anlaşılmamazlıq
yarada bilər. Bu cür canfəşanlığa, diqqəti köklü məsələdən yayındırmağa ehtiyac
yoxdur. heç kəsə bunu məsələhət görmürəm. MSK-nın paritet əsaslarla
formalaşdırılmasına hakimiyyət razılıq vermir. Ona görə də mübarizə müxalifətlə
iqtidar arasında getməlidir. Yoxsa, bu gün hakimiyyəti buna məcbur etməmiş bəzi
partiyalar vurulmamış ayının dərisini bölüşdürməyə keçiblər. Bu, ciddi yanaşma
deyil.
- Müsavat Partiyası tərəfindən aksiyaların davam etdirilməsi planlaşdırılırmı?
- Mitinqlər davamlı olacaq.
- Sirus Təbrizli çıxışında mitinqlərə çağırış notları səsləndirdi. Ancaq konkret
insanlara Müsavatın mitinqlərində iştirak edin demədi. Sizcə bunun səbəbi nədir?
- Sirus Təbrizlinin çıxışı çox maraqlıdır. Orada xeyli təhlili cəhətlər var.
Onun xalqı etiraz etməyə çağırmasının özü diqqətəlayiqdir.
- Əli İnsanov tərəfdarları Müsavatın mitinqində iştirak edəcəkləri barədə qərar
veriblər. Bu istiqamətdə onlarla hər hansı danışıqlar aparılırımı?
- hər bir Azərbaycan vətəndaşı aksiyada iştirak edə bilər. Əli İnsanovun
hakimiyyət tərəfindən təqib edilməsindən narazı qalan soydaşlarımız həmin
aksiyada iştirak etmək istəyirlərsə, onların qərarına hörmətlə yanaşırıq.
- Mətbuatda prezident seçkiləri ilə bağlı müxalifətin koalisiyasının
yaradıldığına dair xəbərlər yer almaqdadır. hətta sizin bu məsələ ilə bağlı
Etibar Məmmədovla görüşdüyünüz bildirilir...
- Etibar Məmmədovla aramızda heç bir görüş olmayıb. Eyni zamanda Rəsul Quliyevlə
danışıqlar aparılmayıb. Bu gün bizi prezident seçkiləri, vahid namizəd kimi
uydurma mövzular maraqlandırmır. hazırda bizi maraqlandıran məsələ cəmiyyətin öz
taleyinə sahib çıxmasıdır.
Yeni Müsavat qəzeti, 17 mart 2007-ci il, L.ƏLİYEVA