Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Yığıncaqda qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyət haqqında məsələlər müzakirə olunub. Əvvəlcə AXC-nin 90 illiyi ilə bağlı keçirilmiş tədbirlər haqqında, o cümlədən, partiyanın başqanı İsa Qəmbərin Türkiyə səfəri barədə məlumat verildi.

Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər xüsusi müzakirə olunub. Qeyd olunub ki, iqtidar nəinki müxalifətin və beynəlxalq təşkilatların təkliflərini nəzərə almayıb, əksinə mövcud qanunu daha da mürtəceləşdirib. Bu, bir daha sübut etdi ki, xalqdan heç bir dəstəyi olmayan iqtidar hətta cüzi demokratik şəraitdə də seçkilərə getməkdən qorxur. Yaranmış situasiyada Müsavat Partiyasının atacağı addımlar haqqında ciddi müzakirə aparılıb və qərara alınıb ki, bütün variantlar nəzərə alınmaqla bu müzakirələr davam etdirilsin.
Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 02 iyun 2008-ci il, Bakı