Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlrdən ibarət olub. Müxalifətin birgə mitinqinə icazə vermədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırılmış iddiaya əsasən Səbayel Rayon Məhkəməsində başlanmış məhkəmə prosesi haqqında məlumat verilib.

Partiyadaxili məsələ bölümündə Rayon Təşkilatlarının konfranslarına hazırlığın gedisatı haqqında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

2009-cu ilin Məhəmməd Əmin Rəsulzadə ili elan edilməsi haqda Məclisin qərarına uyğun olaraq yubiley tədbirlərinin hazırlanıb həyata keçməsi haqqında müzakirələr aparılıb.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 01 dekabr 2008-ci il, Bakı