Müsavat Partiyasının

m ü r a c i ə t i

Dünən həbsdə olan 2 jurnalist – “Azadlıq” qəzetinin Baş redaktoru Qənimət Zahid və onun qardaşı, həmin qəzetin əməkdaşı, satirik şair Mirzə Sakitin atası - Səlim Zahidov dünyasını dəyişib. Bilindiyi kimi, penitensiar qanuna əsasən həbsdə olan hər bir şəxsin ailə üzvləri və ya yaxınları vəfat edərsə, həmin şəxs onların dəfnində və ya yas mərasimində iştirak etmək üçün bir neçə günlüyə həbsdən azad edilə bilər. Belə bir praktika bütün dünyada mövcuddur.

Müsavat Partiyası olaraq biz, Azərbaycan hakimiyyətinə xoş məram nümayiş etdirməsini, Qənimət Zahidin və Mirzə Sakitin həbsdən azad edilərək, atalarının yas mərasimində iştirak etməsinə imkan yaradılmasını xahiş edirik. İnanırıq ki, belə bir məqamda Azərbaycan hakimiyyəti humanist addım ataraq, jurnalist qardaşları müvəqqəti də olsa azad edərək, onlara atalarının yas mərasimində iştirak etməsinə şərait yaradacaq.

isagambar.az, 02 dekabr 2008-ci il, Bakı