Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müzakirə olunan gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub.

Divanda aparılan müzakirələrin nəticəsində iki bəyanat qəbul edilmişdir: bəyanatların birində Azərbaycan hökumətinin “Azadlıq”, “Amerikanın səsi” və “Bi-bi-si” radiolarına verilmiş yayım tezliyini geri almaq cəhdinə etiraz bildirilir. İkinci bəyanatda isə Moskvada Rusiya Federasiyası prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə Moskva bəyannaməsinin imzalanmasının Rusiyanın Cənubi Qafqazda siyasətinin aqressivləşdiyi indiki mərhələdə nizamlama prosesinin daha çox Rusiyanın nəzarəti altına keçməsi təhlükəsindən və nəticədə dövlətimizin ərazi bütövlüyü və suverenliyinin təhlükə altına düşməsindən narahatçılıq ifadə edilir.

İclasda həmçinin Müsavat Partiyası Məclisinin növbəti toplantısının gündəliyi, Müsavatın 2009-cu il üçün əsas fəaliyyət istiqamətləri mövzusunda hazırlanmış sənəd müzakirə edilmiş və Güney Azərbaycanda milli hərəkatın aktivləşməsinin müşahidə olunması qeyd edilmişdir.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 03 noyabr 2008-ci il, Bakı