Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Öncə qərarların
icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra partiyadaxili
məsələlərə baxılıb. Partiya Məclisinin 02 avqust sessiyası və qəbul olunmuş
qərarlar ətrafında fikir mübadiləsi aparılıb və müsbət qiymətləndirilib.
Toplantıda Müsavat Partiyasının Prezident seçkilərində iştirakdan imtinası ilə
bağlı ölkədə yaranmış yeni siyasi situasiya və yeni mərhələdə partiyanın
fəaliyyət istiqamətləri, seçki və seçkisonrası dövrdə demokratik qüvvələrin
əməkdaşlıq imkanları və təşəbbüsləri nəzərdən keçirilib.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 4 avqust 2008-ci il, Bakı