İsa Qəmbər ATƏT rəhbəri ilə görüşdü
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında
ATƏT-in Bakıdakı ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşüb. Görüş zamanı
ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları barədə, həmçinin
qarşıdan gələn 2008-ci il prezident seçkiləri ətrafında fikir mübadiləsi
aparılıb.
ATƏT-in bölgədəki konfliktlərinin həlli ilə bağlı səyləri də diqqət mərkəzində
olub.
isagambar.az, 5 mart 2008, Bakı
