Müsavat Partiyasının Başqanı İsa Qəmbər
Azərbaycan xalqını Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə
deyilir:
“Əziz həmvətənlər!
Qurban bayramı xalqımız, eləcə də bütün dünya müsəlmanları üçün olduqca əzizdir.
Bu müqəddəs bayram insanları haqqa-ədalətə, Allaha daha da yaxınlaşdırır. Mən
inanıram ki, belə bir müqəddəs gündə bütün qurbanlar, dualar haqqın dərgahında
qəbul olunacaq, hər birimizin xoş niyyətinin həyata keçməsinə kömək göstərəcək.
Belə bir əziz gündə dualarımız bütövlükdə xalqımız üçün düşərli, ölkəmizin və
millətimizin problemlərinin həllinə yardımçı olacaq.
Əziz həmvətənlər!
Hamınızı və hər birimizi təbrik edir və Tanrıdan Sizə xoşbəxtlik, əmin-amanlıq
arzulayıram.
Tanrı Azərbaycanımızı qorusun!”
isagambar.az, 05 dekabr 2008-ci il, Bakı