İsa Qəmbər ATƏT təmsilçisi
ilə görüşüb
Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ATƏT-in
Bakı ofisinin rəhbəri cənab X.L. Herrero ilə görüşüb. Görüşdə Azərbaycandakı
ictimai-siyasi durum, demokratiya və insan haqlarının vəziyyəti, eləcə də 15
oktyabr 2008-ci il Prezident seçkisi və Müsavat Partiyasının həmin seçkidə
iştirakdan imtina haqqında qərarı ilə bağlı fikir mübadiləsi aparılıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu qərarın verilməsinə gətirib çıxaran
səbəblər barədə qonağa ətraflı məlumat verib. Cənab Herrero siyasi partiyaların
seçki ilə bağlı qərarlarına hörmətlə yanaşdığını bildirməklə yanaşı ATƏT-in bu
mərhələdə mövqeyi və fəaliyyəti barədə fikirlərini açıqlayıb. .
Görüşdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri A. Hacılı da iştirak
edib.
isagambar.az, 06 avqust 2008-ci il, Bakı