Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlikdə qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlər olub. İctimai-siyasi vəziyyətə dair məsələlərin müzakirəsi zamanı əsasən Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Bu qurumun seçki ərəfəsində və seçkilərdən sonrakı konkret aksiyaları bir daha nəzərdən keçirilib. O da qeyd olunub ki, İTV rəhbərliyi MƏM-in efir vaxtı ayrılması ilə bağlı müraciətinə düzgün əsaslandırılmamış mənfi cavabı verib. Qərara alınıb ki, xalqa müraciət etmək məqsədi ilə müxalifətə efir vaxtı verilməsi üçün İTV rəhbərliyinə yenidən müraciət edilsin.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 06 oktyabr 2008-ci il, Bakı