Müsavat başqanı NDI rəsmisi ilə görüşüb
Bu gün Müsavat partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın
Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Arien de Volfla görüşüb.
İsa Qəmbər qonagı ABŞ-da prezident seşkilərində demokratların qələbəsi
münasibəti ilə təbrik edib.
Görüş zamanı yeni mərhələdə ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri,
Azərbaycanın həm işgal olunmuş torpaqları ilə, həm də demokratiya və insan
haqları ilə baglı problemləri diqqət mərkəzində olub.
Tərəflər Müsavat partiyası ilə MDİ arasında əlaqələrin genişləndirilməsi barədə
də fikir mübadiləsi aparıblar.
isagambar.az, 06 noyabr 2008-ci il, Bakı