Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının gündəliyində prezident seçkiləri və ictimai-siyasi vəziyyətə dair məsələlər yer almışdır.

Gündəliyin partiyadaxili məsələyə aid bölməsində “Stokholm-2” özək təşkilatının təsis sənədləri müzakirə olunub və təsdiq edilib. Daha sonra prezident seçkilərinə hazırlığın gedişi ilə bağlı məsələyə baxılıb. Müsavat Partiyasının bir çox rayon və şəhər təşkilatlarının qərargahlarının olmaması ilə bağlı yaranmış vəziyyət müzakirə olunub. Qeyd edilib ki, İlham Əliyevin hakimiyyəti dövründə rt-ları nəinki qərargah ala bilməyiblər, əksinə bir çox rayonlarda rt-ları öz qərargahlarından çıxarılıb. YAP-ın fəaliyyəti üçün qeyri-qanuni olaraq hər cür şərait yaradan iqtidar, aparıcı müxalifət partiyası olan Müsavatın fəaliyyətini qeyri-qanuni olaraq məhdudlaşdırır.

İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı Eynulla Fətullayevin və onun həmkarlarının aclıq aksiyasını davam etdirmələri haqqında fikir mübadiləsi aparılıb. Divan jurnalistlərin haqlı tələblərini qətiyyətlə müdafiə etməklə yanaşı onlardan aclığı dayandırmalarını təkidlə xahiş edib.

Kütləvi aksiyalar haqqında da məsələ müzakirə olunub. Qərara alınıb ki, Divanın növbəti toplantısında bu yöndə müzakirələr davam etdirilsin.

Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 31 mart 2008-ci il, Bakı