Nekroloq
Azərbaycan jurnalistikasına ağır itki üz verib. Tanınmış jurnalist və publisist
Məmməd Nazimoğlu yaradıcılığının yetkin vaxtında vəfat edib. Jurnalistikamızda
istedadı, orijinallığı, təvazökarlığı ilə tanınan Məmməd Nazimoğlu özünəməxsus
üslubu ilə Azərbaycanda söz və mətbuat azadlığının hüdudlarının genişlənməsinə
xidmət göstərməklə yanaşı cəmiyyətin siyasi fəallığının artmasında da rol
oynamışdır. Azərbaycanda milli azadlıq hərəkatı başlayarkən onun “Aydınlıq”
qəzetindəki satira ilə yoğrulmuş yazıları ictimai rəyin formalaşmasına ciddi
təsir edirdi. Sonrakı illərdə müxtəlif qəzetlərdə çalışan Məmməd Nazimoğlu
özünün bu dəsti-xəttinə sadiq qalmış, müstəqil jurnalist kimi azad yaradıcılıq
prinsiplərini dönmədən müdafiə edə bilmişdi.
Müsavat Partiyası bu böyük itki ilə bağlı mərhumun ailəsinə, yaxınlarına və
ölkəmizin demokratik ictimaiyyətinə dərin hüznlə baş sağlığı verir, mərhuma
Allahdan rəhmət diləyirik.
Qəbri nurla dolsun!
İsa Qəmbər və Müsavat Partiyasının Divanı
isagambar.az, 07 iyul 2008-ci il, Bakı